Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Orxan Camalın qatillərinin adı açıqlandı – Erməni də varmış

Tarix: 24-12-2018 11:20     Baxış: 31 330 A- / A+
Orxan Camalın qatillərinin adı açıqlandı – Erməni də varmış

Ukrayna Təhlükəsizlik Xidməti Mərkəzi Afrika Respublikasında Orxan Camal və daha iki rusiyalı jurnalisti qətlə yetirən Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 10 muzdlusunun adını müəyyən edib.

Manevr.az
axar.az-a istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi saytında yayılan məlumatda “Vaqner” döyüşçülərinin Mərkəzi Afrika Respublikasına Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş İdarəsi (keçmiş QRU) tərəfindən cari ilin əvvəlində göndərildiyi qeyd olunub. Muzdlu döyüşçülər “M-Finans” şirkətinin əməkdaşları kimi təqdim ediliblər. Afrikaya onlar rusiyalı biznesmen Yevgeni Priqojinin təyyarəsi ilə çatdırılıblar.

Bura göndərilən döyüşçülər yerli hərbi dəstələrə təlim keçib, həmçinin bölgədəki qiymətli daşların Rusiyaya məxfi tədarükünü təmin ediblər. Ümumilikdə MAR-a “M-Finans” şirkətinin tərkibində 37 nəfər göndərilib. Bunlardan 10-nun adı Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib. Bu şəxslərin Ukraynanın şərqi və Suriyadakı döyüşlərdə iştirak etdiyi vurğulanıb.

Ukrayna Təhlükəsizlik Xidməti müəyyən etdiyi və Orxan Camalın öldürüldüyü gün MAR-da olan 10 şəxsin siyahısını tirajlayıb:

Zaliçev A.B. - 1984-cü il;

Qruzdenok R.V. - 1976-cı il;

Yudov S.M. - 1968-ci il;

Farafonov A.Y. - 1975-ci il;

Kirakosyan A.A. - 1976-cı il;

Sotov A.A. - 1976-cı il ;

Bubnov A. - 1971-ci il;

Vildyayev V.V. - 1977-ci il;

Minibayev İ.R. - 1988-ci il;

Zavadski S.Y. - 1975-ci il.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar