Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Prokuror işdən qovuldu - qardaşının dalaşmasına görə

Tarix: 10-11-2016 15:53     Baxış: 3659 A- / A+
Prokuror işdən qovuldu

Bakı Şəhər Prokurorluğunun əməkdaşı işdən çıxarılıb.

Bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhər Prokurorluğunda istintaqa nəzarət şöbəsinin prokuroru Elçin Ələkbərov prokuror vəzifəsinə yaraşmayan hərəkətlərə yol verdiyi üçün orqandan xaric edilib.

Məlumata görə, E.Ələkbərov qardaşının törətdiyi cinayətin qarşısını almadığı üçün işdən çıxarılıb. Belə ki, onun qardaşı Emin Ələkbərli Bakı şəhər sakini Nicat Quliyevi döyüb. Hadisə baş verən zaman Elçin Ələkbərov da orada olub. O, hadisənin şahidi olsa da, vəzifə borcunu yerinə yetirməyərək cinayətin qarşısını almayıb.

Onu da əlavə edək ki, sabiq prokurorun qardaşı E.Ələkbərlinin N.Quliyevi döyməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

Hazırda həmin iş üzrə məhkəmə gedir. (APA)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar