Xəbər lenti
Bakının dostu prezident seçildi
Parisdə YUNESKO ilə tərəfdaş qeyri-hökumət təşkilatlarının beynəlxalq konfransı keçirilib.
Manevr.az xəbər verir ki, konfransda Azərbaycanın dostu fransalı Mari Klaudi Maçon-Honore YUNESKO QHT komitəsinin yeni prezidenti seçilib. O bundan əvvəl "BPW International" təşkilatının YUNESKO-da nümayəndəsi və YUNESKO QHT Komitəsinin idarə heyətinin üzvü olub.
Seçki kampanyasında iştirak edən "Aşıq Şəmşir" Mədəniyyət Ocağının nümayəndəsi Fazil Qasımov bildirib ki, Mari Klaudinin YUNESKO QHT Komitəsinin prezidenti seçilməsi Azərbaycan qeyri-hökumət təşkilatları üçün sevindirici xəbərdir. Çünki fransalı xanım YUNESKO-da Azərbaycan QHT-lərinin mövqelərini gücləndirməyə çalışır.
"Mari Klaudi ilə 2014-cü ildə YUNESKO-nun Bolqarıstanda keçirilən forumunda tanış olmuşam. Həmin vaxtdan etibarən əlaqələrimiz aralıqsız davam edib. Mari Klaudi "Aşıq Şəmşir" Mədəniyyət Ocağını YUNESKO-da akkreditasiyadan keçirmək üçün müraciət etməyi təklif etmişdi. Biz 2016-cı ildə bu işi uğurla həyata keçirdik. Ötən forumların birində onu prezidentliyə namizədliyini irəli sürməsinə təşviq etdim və seçki kampanyasında ona maksimum dəstək göstərməyə çalışdım. Çox sevinirəm ki, dünyanın ən mötəbər QHT-lərini birləşdirən YUNESKO komitəsinə Azərbaycanın dostu prezident seçildi. Hesab edirəm ki, Mari Klaudinin qələbəsi bizim qələbəmizdir. Qeyd edim ki, xanım Klaudi Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir".
Xatırladaq ki, YUNESKO QHT komitəsi 2011-ci ildə qurumun Baş assambleyasında qəbul edilən "YUNESKO -nun QHT-lərlə tərəfdaşlığına dair nizamnamə"yə əsasən yaradılıb. Komitənin idarə heyəti QHT-lərin iki ildən bir keçirilən beynəlxalq konfransında səsvermə ilə formalaşır. Seçkilərdə komitəyə üzv olan 254 QHT iştirak edir./modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar