Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Generallar Trampı tərk edir: “Böyük Orta Şərq” bitdi?

Tarix: 23-12-2018 09:20     Baxış: 2215 A- / A+
Generallar Trampı tərk edir: “Böyük Orta Şərq” bitdi?

Tramp biznesmen təfəkkürlü prezident olduğuna görə hərbçilərlə dəfələrlə münaqişəsi olub.

Manevr.az
xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Ceyms Mettis Pentaqonun rəhbəri kimi 2017-ci ildən fəaliyyət göstərir:

“Mettis dünyanın bir sıra dövlətlərində keçirilən hərbi əməliyyatların iştirakçısı olan praktik generaldır. Onun istefa məsələsi həm hərbçilər, həm də Denokratlar və Respublikaçılar partiyaları tərəfindən birmənalı qarşılanmır. ABŞ-da siyasi proseslər ordunun daxilinə təsir edə bilmir. ABŞ üçün milli, regional və qlobal təhlükəsizlik birinci yerdə dayanır. Orada hərbçilərə olan münasibət tamam başqadır”.

Politoloq vurğulayıb ki, Rusiya və İran Suriyada öz maraqlarını qoruyur. Amma ümumi qlobal təhlükəsizliyə təhdidin qarşısını almaq üçün ABŞ orada çox iş görmüşdü:

“ABŞ ordusu Suriyda İŞİD-i məhv etmək ərəfəsində idi. Burada ABŞ-ın hansısa qruplaşmaları nəzarətdə saxlaması, onlara yardım etməsi normaldır. Maraqlı məqam ondan ibarətdir ki, Mettis elə bir vaxtda postunu tərk etməyə çalışır ki, ABŞ-da vəziyyət doğrudan da ürəkaçan deyil. Pentaqon şefi Putinin düşməni, Ukraynanın dostu kimi özünü göstərib. İndi onun vəzifədən getməsi ABŞ siyasi sistemi üçün qorxulu tendensiya yaradıb. Güclü hərbçilərin Trampın verdiyi bəyanatlara, onun şəxsi keyfiyyətlərinə görə öz postunu tərk etməsi ABŞ-ın təhlükəsizlik sisteminin zəifləməsinə gətirib çıxara bilər. Yəni bu gün ABŞ-da bu cür problemlər var”.

Politoloqun sözlərinə görə, tam şəkildə Trampın Suriyadan nəzarətini çəkəcəyi inandırıcı görünmür:
“Çünki Suriyadan tam şəkildə nəzarət çəkilsə, bu, heç də xoş sonluqla nəticələnməz. Nə Rusiya, nə də İran öz inhisarlarında olan qruplaşmalara yardım etməkdən əl çəkir. Ona görə də tam şəkildə ABŞ-ın Suriyanı tərk edəcəyi inandırıcı deyil. Çünki Böyük Orta Şərq layihəsi hələ başa çatmayıb”.

Qeyd edək ki, Pentaqonun rəhbəri Ceyms Mettis gələn ilin fevral ayının sonunda istefaya gedəcək. Bu barədə ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar