Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni xanım məmuru Arif Məmmədovla kofe içdiyi üçün məhşər ayağına çəkdilər

Tarix: 22-12-2018 14:40     Baxış: 4476 A- / A+
Erməni xanım məmuru Arif Məmmədovla kofe içdiyi üçün məhşər ayağına çəkdilər


Ermənistanın Mülki Aviasiya Komitəsinin rəhbəri Tatevik Revazyan bir neçə gün əvvəl Paris-Brüssel-Kopenhagen ezamiyyəti zamanı beynəlxalq mülki aviasiya rəhbərlərinin toplantısında azərbaycanlı həmkarı ilə salamlaşıb kofe içdiyi üçün sosial şəbəkələrdə məhşər ayağına çəkilib.

Manevr.az virtualaz.org-a istinadən xəbər verir ki, Tatevik Revazyan Azərbaycanın Mülki Aviasiya Administrasiyasının rəhbəri Arif Məmmədovla Ermənistan XİN-lə razılaşdırmadan özbaşına görüşməkdə ittiham olunur. Habelə onu sorğu-suala çəkirlər ki, azərbaycanlı həmkarı ilə nədən danışdığını bütün təfsilatı ilə açıqlasın.

Tatevik Revazyan bu qalmaqala görə yenidən Arif Məmmədovla görüşü haqda izahat verməli olub. “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, bu başqa ölkələrin mülki aviasiya rəhbərləri ilə tanışlıq çərçivəsində baş tutmuş qısa, qeyri-formal görüş idi. Və sadəcə olaraq tanışlıq xarakteri daşıdı.

“Əvvəlcədən orada kimlərlə görüşəcəyimi bilmədiyimdən bunu XİN-lə razılaşdırmaq da çətindir. Mən bu səfərə yola düşəndə əvvəlcədən bilmirdim ki, Azərbaycan nümayəndəsi ilə də görüşəcəyəm.

Bu planlaşdırılmamışdı...Təsəvvür edin, balaca otaqdır, müxtəlif ölkələrin mülki aviasiya rəisləri ilə birlikdə birlikdə kofe içirik...biz sadəcə olaraq birlikdə kofe içdik, Ermənistanla, Azərbaycanla bağlı olan heç bir xüsusi məsələ müzakirə etmədik, münasibətlərimizdən danışmadıq. Mən Azərbaycanın mülki aviasiya rəisi ilə başqa ölkələrdən olan həmkarlarım kimi sadəcə tanış oldum”-Tatevik Revazyan bildirib.

O qeyd edib ki, mülki aviasiya siyasi təşkilat deyil. “Biz uçuşların təhlükəsizliyini təmin edirik, təhlükəsizliyin təmin olunması üçün isə qonşu ölkələrlə, o cümlədən Türkiyə və Azərbaycanla da ünsiyyət saxlamalıyıq. Əgər havada nəsə baş versə biz bu adamlarla operativ əlaqə yaratmaq imkanında olmalıyıq”-Revazyan deyib.

Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan isə bildirib ki, yüksək vəzifəli şəxslərin ezamiyyətləri və bu ezamiyyətlər zamanı keçirəcəkləri görüşlər XİN-lə razılaşdırılır. Amma indiki halda Azərbaycan nümayəndəsi ilə görüş əvvəlcədən planlaşdırılmayıb, deməli razılaşdırıla da bilməzdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar