Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı milyarderlər “kasıbladı”, Vahid Ələkbərov “varlandı”

Tarix: 22-12-2018 11:38     Baxış: 4271 A- / A+
Rusiyalı milyarderlər “kasıbladı”, Vahid Ələkbərov “varlandı”


Rusiyanın ən zəngin insanlarının ümumi sərvəti 225 milyard dollara qədər azalıb. Təkcə 2018-ci il ərzində bu göstərici 2% aşağı düşüb.

Manevr.az xəbər verir ki, bu haqda "Bloomberg" məlumat yayıb.

Agentlik qeyd edir ki, ən varlı Rusiya vətəndaşlarının siyahısında yer alan 25 nəfərdən, 16-ı geridə qoymaqda olduğumuz ildə ziyan görüb.

2018-ci ildə ən çox uğursuzluğa düçar olan biznesmen Oleq Deripaskidir: ABŞ-ın "qara siyahısına" düşdükdən sonra onun aktivləri 5,7 milyard dollar azalıb.

"Bloomberg" nəşri geriləməyə təsir edən əsas faktorlar kimi, neft qiymətləri, Ukrayna ilə münasibətlərin gərginləşməsi, Rusiyaya qarşı sanksiyalarının genişlənməsini göstərib.

Siyahıda yer alan bəzi biznesmenlər , o cümlədən Leonid Mixelsen, Qenadiy Timçenko və əslən azərbaycanlı iş adamı Vahid Ələkbərov isə əksinə 9 milyard dollara yaxın qazanc əldə edib.

Dünya miqyasında isə ən zəngin 500 insanın ümumi aktivləri 511 milyard dollar azalıb.

Asiyalı milyarderlər arasında ən çox ziyan görən "Wanda Group" şirkətlər qrupunun sahibi Van Szyanlin (11,1 milyard dollar azalıb) olub. Avropa İttifaqından olan bir çox milyarderlərində gəlirlərində azalma qeydə alınıb./oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar