Sizin Reklam Burada
Xəbər lenti
12-09-2026
11-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev Sumqayıtda vətəndaşları qəbul edib - FOTO

Tarix: 21-12-2018 19:38     Baxış: 3293 A- / A+
Rövşən Rzayev Sumqayıtda vətəndaşları qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev dekabrın 21-də Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

Manevr.az -ın məlumatına görə, qəbulda Sumqayıt, Abşeronda müvəqqəti məskunlaşmış və Qubadlı rayonundan olan məcburi köçkünlər iştirak edib.
Qəbulda iştirak edən məcburi köçkünlər, əsasən, mənzil, məşğulluq, kommunal xidmətlər, vahid aylıq müavinət və digər məsələlərlə bağlı müraciət edib.
Rövşən Rzayev Sumqayıtda vətəndaşları qəbul edib


Məlumat verilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin və digər sosial problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqətindədir. Bu il Sumqayıt şəhərində yataqxana binalarında məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün Abşeron rayonu ərazisində ayrılmış torpaq sahəsində birinci mərhələdə 1000 ailəlik qəsəbə salınır və tezliklə istifadəyə veriləcəkdir. Birinci vitse-prezident təyin edildikdən sonra keçirdiyi ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edən Mehriban xanım Əliyevanın yeni mənzillərə ilk növbədə ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi ilə bağlı tapşırığı uğurla icra olunur.
Qəbulda olan bütün vətəndaşların müraciətləri qeydə alınıb. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Dövlət Komitəsinin sədri digər müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar