Xəbər lenti
Əbülfəs Qarayev Fəxrəddin Manafovun Rus Dram Teatrından işdən çıxmasına münasibət bildirib
Mədəniyyət naziri Əbülfəs Qarayev tanınmış kino və teatr aktyoru, xalq artisti Fəxrəddin Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrından işdən çıxmasına münasibət bildirib.
Manevr.az-ın məlumatına görə Ə.Qarayev "report"a açıqlamasında deyib ki, Mədəniyyət Nazirliyi məsələni nəzarətə götürüb, müəyyən addımlar atıb.
"Fəxrəddin Manafov Azərbaycanın tanınmış aktyorudur. Tənqiddən nəticə çıxarıldı, müəyyən addımlar atıldı. Artıq xalq artisti özü bu barədə qərar verəcək. Mən yaradıcı insana deyə bilmərəm ora get, bura getmə", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, bir müddət əvəvl xalq artisti F.Manafov çalışdığı Rus Dram Teatrından işdən çıxıb.
Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş vermişdi. Nazirlik aktyorun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq vermişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar