Xəbər lenti
Himnimizin yenidən aranjiman olunmasına Bəstəkarlar İttifaqı razılıq verib
Azərbaycanın Dövlət Himni beynəlxalq səviyyədə yenidən aranjiman olunacaq.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.
Deputat modern.az-a daha geniş açıqlamasında qeyd edib ki, Azərbaycan Bəstəkarlar İttifaqının rəhbəri Firəngiz Əlizadə də himnin yeni qaydalarla aranjiman etməyin mümkünlüyünü təsdiqləyib:
“Mən bu fikri rəsmi mənbədən eşitmişəm. Hesab edirəm ki, himnimizin yenidən aranjiman olunması barədə addım atılması məqsədəuyğundur.
Diqqətə çatdırmaq istədiyim odur ki, biz hamımız himnimizi sevirik. Azərbaycanın Dövlət Himninin sözləri və musiqisi Konstitusiya qanunu ilə təsdiq olunub. Bu birmənalıdır, dəyişilməsi müzakirə olunmur. Amma himnimizi daha da mükəmməlləşdirmək, əzəmətli səsləndirmək mümkündür. Dağlıq Qarabağı azad etmək istəyən dövlətin himni də əzəmətli, mübariz olmalıdır”.
Azərbaycan Respublikasının xalq artisti, tanınmış bəstəkar Eldar Mansurov da məsələyə münasibət bildirib. O, açıqlamasında qeyd edib ki, hər bir musiqini, o cümlədən himni yenidən aranjıman etmək mümkündür:
“Sadəcə ölçüb-biçmək lazımdır ki, bunu cəmiyyət, insanlar necə qarşılayacaq?! Ümumiyyətlə, himnimizin yenidən aranjıman olunması nə dərəcədə lazımdır? Bu aranjıman nə verəcək? Hər halda mütəxəssislər, musiqiçilər, peşəkar bəstəkarlar bu məsələni müzakirə edərək, fikirlərini bildirməlidirlər”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar