Xəbər lenti
Yeni il Qarabağa sülh gətirəcək?
Paşinyanı yeni ildə gözləyən problemlər
Artıq bitməkdə olan dekabr ayı Qarabağ münaqişəsinin həlli üçün danışıqlarda fəallıq, təmas xəttində nisbi sakitlik ilə yadda qalıb. Bunun Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Bakı və İrəvan arasında operativ əlaqənin yaradılması haqqında danışdıqları görüşün nəticəsində əldə edildiyi istisna deyil. İki ölkənin XİN rəhbərinin də dekabr ayında görüşü baş tutdu. Bundan başqa Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakıya səfəri, onun prezidentlə apardığı danışıqlar da nisbi sakitlikdə öz rolunu oynayıb.
Ermənistanda seçkilər bitdi. Artıq iki hakimiyyətlilik yoxdur. İndi hakimiyyət xalqa məxsusdur - Paşinyanın belə deməyi sevir. Xalq isə bu müharibədə yaxınlarını itirməmək üçün sülh istəyir.
Ancaq inqilabın "qəhrəmanı" Paşinyan yeni təşəbbüslə çıxış edir – silahlı qüvvələrin inkişafı üçün 2,5 milyad dollar tapmaq lazımdır. Söhbət ayrılan maliyyəyə əlavədən gedir. Heç kimə sirr deyil ki, erməni xalqı yoxsuldur. Ölkədə iqtisadi vəziyyət çox ağırdır, Ermənistan öz aqressiv hərəkətlərinə görə demək olar ki, blokadadır. Bu isə sosial iqtisadi vəziyyəti daha da ağırlaşdırır.
Paşinyan Azərbaycan ordusuna çatmaq istəyir? Bu çətin tapşırıqdır. Amma o hələ Qarabağda təmizləmə ilə məşğul olur və Qarabağ klanından tamamilə xilas olmaq niyyətindədir. Birincisi, yəqin ki, Sarkisyan tərəfindən hər hansı revanşa imkan vermək istəmir. İkincisi isə, Qarabağ problemini gündəmə gətirərək xalqın diqqətini sosial problemlərdən yayındırmağa çalışır.
Özünün bir müddət öncəki açıqlamalarından birində Azərbaycan prezidenti xatırladıb ki, iki il öncə ölkə işğal altında olan torpaqlarını hərbi yolla qaytarmaq bacarığını göstərdi. 4 günlük müharibə zamanı hektarlarla ərazi azad edildi. Ən əsası isə bəzi strateji əməmiyyətli yükəkliklər. İ.Əliyev gələcəkdədə Azərbaycanın hərbi gücünün artırılacağını deyib. Amma bununla yanaşı qeyd edib ki, məhz indi münaqişənin həlli üçün münbit şərait yaranıb.
Belarus dövlət başçısının bir neçə gün öncəki açıqlamaları erməni siyasətçilər, o cümlədən Paşinyanın nüfuzuna ziyan vurdu. Lukaşenkonun haqlı olduğunu Paşinyan tərəfdarları da etiraf etməli olublar.
Bu gün baş nazir vəzifələrini icra edən şəxsin qarşısında onlarla problem var. Onlar tezliklə həll edilməlididr. Ən əsası isə Qarabağ məsələsi. Ələxsus da Paşinyanın heyran olduğu AB-də Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləməsindən sonra.
Yeni il Ermənistanın müstəqilliyi tarixində rekord həddə çatan dövlət borclarının da ödənmə vaxtı deməkdir. Hələ işsiz qalanları da yedirmək lazımdır. Bunun üçün də Ermənistanın özündəki bəzi ekspertlər də hesab edirlər ki, hər şeyi Qarabağda həll etmək lazımdır. Əgər orada yaxşılıq istiqamətində dəyişiklik olarsa bu Ermənistana da təsir edəcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar