Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

QHT rəhbərinin konfransda Azərbaycan dili ilə bağlı mühim çıxışı - FOTOLAR

Tarix: 20-12-2018 15:27     Baxış: 2297 A- / A+
QHT rəhbərinin konfransda Azərbaycan dili ilə bağlı mühim çıxışı - FOTOLAR


“Hilal” Sosial Araşdırmalar İctimai Birliyi,“Müasir İnkişaf” İctimai Birliyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilati dəstəyilə “Qloballaşandünya və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirin aparıcısı, ADPU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev bildirib ki, Azərbaycan dili xalqımızın milli-mənəvi sərvətidir. O, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı Sərəncam və Fərmanları xatırladaraq daim bu istiqamətdə çalışmalar həyata keçirməyin zəruriliyindən söz açıb.

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov dilimizi qorumağın, onun saflığı uğrunda mübarizə aparmağın vacib olduğunu qeyd edib. Onun sözlərinə görə QHT-lərin bu istiqamətdə aktiv olması çox faydalıdır.

ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova bildirib ki, dil millətin varlığını göstərən mühüm amildir. O, tələbələri, gəncləri ana dilinin qorunması istiqamətində fəal olmağa səsləyib.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri MübarizGöyüşlü bildirib ki, texnoloji inkişaf dünyadakı dillərə, o cümlədən Azərbaycan dilinə çox ciddi təsir edir. O, buna qarşı təklikdə dayanmağın çətin olduğunu, ortaq türk ədəbi dilinin formalaşması nəticəsində müqavimət göstərməyin mümkün ola biləcəyini deyib.

ADPU-nun professoru Zahid Xəlil dünyada 356 milyon türkün yaşadığını və ortaq türk ədəbi dilinin yaranma perspektivindən söz açıb. O, azərbaycanlı mütəxəssislər tərəfindən yeni kəşflər edilməsi nəticəsində ana dilində yeni sözlərin yaranma ehtimalını qeyd edib.

“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyevmedia, sosial şəbəkələr və reklam lövhələrində Azərbaycan dili ilə bağlı rast gəlinənpozuntulardan söz açdı. O, eyni zamanda Azərbaycan prezidenti İlham Əliyevinçıxışlarını nümunə gətirərək bir sıra məmurların nitqlərində yol verdikləriqüsurlara iradını bildirib.

ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Könül Səmədova məruzə ilə çıxış edərək dilimizin tarixdən gələn inkişaf perspektivinə toxunub. O, ortaq türk lüğət kitabının çapından, Azərbaycan dilinin gələcək inkişaf istiqamətlərindən də danışıb.

ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru İradə Kərimova dilimizin sovet dövründə məruz qaldığı təzyiqlərdən danışıb. O, hazırda bir sıra televiziyalarımızda dialektlərdən, şivələrdən, varvarizmlərdən istifadə olunmasından narazılığını bildirib.

ADPU-nun kafedra müdiri Gülçöhrə Alıyeva ingilis dili mütəxəssisi olaraq əcnəbi dilləri öyrənməklə yanaşı doğma dilimizi bilməyin vacib olduğunu qeyd edib.

ADPU Filologiya fakültəsinin tələbələrinin də iştirak etdiyi tədbirin sonunda belə müzakirələrin müntəzəm şəkildə keçirilməsi qərarlaşdırıldı./unikal.org/

QHT rəhbərinin konfransda Azərbaycan dili ilə bağlı mühim çıxışı - FOTOLAR
QHT rəhbərinin konfransda Azərbaycan dili ilə bağlı mühim çıxışı - FOTOLAR
QHT rəhbərinin konfransda Azərbaycan dili ilə bağlı mühim çıxışı - FOTOLAR


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar