Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bayrama qədər Bakıya qar yağacaq? - Umayra Tağıyeva AÇIQLADI

Tarix: 20-12-2018 15:24     Baxış: 4223 A- / A+
Bayrama qədər Bakıya qar yağacaq? - Umayra Tağıyeva AÇIQLADI

Hazırda paytaxtda müşahidə edilən intensiv yağış sabahdan kəsiləcək.
Bu sözləri açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, yaxın günlərdə paytaxtda yağmursuz hava müşahidə ediləcək: "Hazırda ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə edilir. Əksər rayonlarda, eləcə də Abşeron yarımadasında da intensiv yağış qeydə alınır. Belə hava şəraiti respublika ərazisində gecə və səhər saatlarında müşahidə ediləcək. Paytaxtda isə sabah səhər saatlarında yağışın intensivliyi azalacaq, ikinci yarısında isə tədricən kəsiləcək.

Ondan sonrakı 2-3 gün ərzində paytaxtda yağıntı ehtimal azdır. İlkin proqnozlara görə dekabrın 28-nə kimi, həmin gün də daxil olmaqla qarlı proses müşahidə edilməyəcək. Havanın temperaturu dekabr ayı üçün iqlim normasında tərəddüd edəcək, maksimal temperatur 5-10 dərəcə intervalda dəyişəcək. Yəni, yaxın bir həftə ərzində Bakıda və Abşeron yarımadasında qarın müşahidə edilməsi üçün sinoptik şərait yoxdur". U.Tağıyeva daha uzun müddət üçün proqnoz verməyin düzgün olmadığını bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar