Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2019-cu ildə əsas vəzifə olaraq qalacaq (FOTO)

Tarix: 18-12-2018 19:00     Baxış: 2375 A- / A+
Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2019-cu ildə əsas vəzifə olaraq qalacaq (FOTO)


Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarışı 2019-cu ildə Azərbaycan üçün əsas vəzifə olaraq qalacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə 2018-ci ilin yekunlarına həsr edilmiş qəbulda deyib.

Nazir qeyd edib: "Əsas vəzifələrimizdən biri müstəqilliyimizin möhkəmləndirilməsi idi. Fəaliyyətimin böyük hissəsini Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarışına həsr etmişəm. Bu, gələn ilin də əsas vəzifəsi olacaq. Əsas məqsəd nəzərəçarpacaq nəticələrə nail olmaqdır. Bu, təkcə mənim yox, hər bir azərbaycanlının arzusudur. Hesab edirəm ki, uzun müddətdən sonra ilk dəfə Milanda erməni həmkarımla son görüşüm zamanı qarşılıqlı anlaşma əldə edə bildik".

E.Məmmədyarov bildirib ki, növbəti ayda Ermənistanın xarici işlər naziri ilə görüşü olacaq: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəyik. Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.

Bu il əldə olunan mühüm nailiyyətlərdən danışan nazir Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsini xüsusi vurğulayıb: "Bu, böyük irəliləyişdir, nəhayət, uzun illərdən sonra biz buna nail olduq".

Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2019-cu ildə əsas vəzifə olaraq qalacaq (FOTO)
Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2019-cu ildə əsas vəzifə olaraq qalacaq (FOTO)
Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2019-cu ildə əsas vəzifə olaraq qalacaq (FOTO)
Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2019-cu ildə əsas vəzifə olaraq qalacaq (FOTO)
Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2019-cu ildə əsas vəzifə olaraq qalacaq (FOTO)
Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2019-cu ildə əsas vəzifə olaraq qalacaq (FOTO)
Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2019-cu ildə əsas vəzifə olaraq qalacaq (FOTO)
Azərbaycan XİN: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2019-cu ildə əsas vəzifə olaraq qalacaq (FOTO)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar