Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirilib - FOTOLAR

Tarix: 17-12-2018 13:23     Baxış: 2304 A- / A+
Sair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirilib

Sumqayıtda istedadlı şair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirildi
Manevr.az xəbər verir ki, Sumqayıtdakı M.Ə.Sabir adına kitabxana filialda Türkiyədə yaşayan, ürəyi vətən eşqi ilə döyünən tanınmış sumqayıtlı şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Xaqani Abbasəli Öztürklə oxucuların görüşü keçirildi...

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının xətti ilə keçirilən görüşü təşkilatın sədri, Əməkdar jurnalist, şair-publisist Rafiq Oday idarə etmişdir.

Görüşü M.Ə.Sabir adına kitabxana filialın müdiri Hafizə Əliqızı giriş sözü ilə açmış və tədbir Azərbaycan Respublikasının Dövlət Himninin iştirakçılar tərəfindən canlı oxunuşu ilə başlanmışdır.

Görüşdə şairin qələm dostları - Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Solmaz Hilalə, Sabir Yusifoğlu, Asif Asiman, Xatirə Fərəcli, Nisə Qədirova, Lilpar Cəmşidqızı, Sevinc Qərib, Süleyman Sərraf çıxış edərək Xaqani Abbasəli Öztürk yaradıcılığına münasibət bildirmişlər.

Fikir mübadiləsi üstündə qurulan tədbirdə həmçinin təhsil şöbəsinin nümayəndəsi Əlhəddin Paşayev, şair Elbrus Qayalı, respublikanın Əməkdar artisti İzaməddin Bağırov, Cənubi Azərbaycanın Urmiya vilayətindən təşrif buyurmuş şair Yaqub Usuli, şairlərdən Miraslan Rahim, Qaratel Azəri, Rahilə Veysəlli, Ələsgər Həsənli, Sevinc Murad, pedaqoq Xatirə Cəbrayılova ədəbiyyatımızın bu günü ilə bağlı fikirlərini bölüşmüşlər.

Tədbirdə şəhərimizdəki 35 nömrəli məktəbin bir qrup şagirdi - Mələk Cəbrayılova, Fərid Dərgahquliyev, İlahə Nəbiyeva, İbrahim Əliyev, Nigar Bəşirzadə, 39 saylı məktəbdən Nuray Ömərova, tələbə Sevinc Zeynalova, TTEL-dən Emiliya Mustafayeva Xaqani Abbasəli Öztürkün şeirlərini bədii qiraət etmişlər.

Maraqlı və yaddaqalan gedişi ilə diqqət çəkən tədbirdə Xaqani Abbasəli Öztürk çoxillik səmərəli yaradıcılığına və ədəbiyyatımıza verdiyi töhfələrə görə Rafiq Oday tərəfindən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının "Müqəddəs qələm" diplomu ilə təltif edilmişdir.

Xaqani Abbasəli Öztürk görüşün təşkilatçılarına öz minnətdarlığını ifadə etmiş və yeni şeirlərini oxumuşdur.
Sonda xatirə şəkilləri çəkilmişdir.

Manevr.az

Sair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirilib
Sair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirilib
Sair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirilib
Sair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirilib
Sair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirilib
Sair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirilib
Sair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirilib
Sair-publisist Xaqani Abbasəli Öztürklə görüş keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar