Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Daha bir erməni jurnalist Azərbaycan xalqından üzr istədi

Tarix: 09-11-2016 18:34     Baxış: 4384 A- / A+
Daha bir erməni jurnalist Azərbaycan xalqından üzr istədi


Erməni jurnalist və ictimai xadim Süzan Caginyan onun düşdüyü vəziyyətə biganə qalmamış azərbaycanlı həmkarlarına minnətdarlıq edib.

“Mən haqqin.az-a müraciət ünvanladım, çünki bütün erməni KİV, müxalifyönümlü nəşrlər də daxil olmaqla, müraciətimi dərc etməkdən imtina etdilər. Həmin müraciətimdə mən insanlıq əleyhinə olan Sarkisyan rejiminin hüquqlarımı pozmasından yazmışdım. Azərbaycanlı həmkarlarım isə bunu dərc etdilər və problemimi dünya ictimaiyyətinə çatdırmaqda yardımçı oldular”, - Bakıdakı Beynəlxalq mətbuat mərkəzində keçirilən mətbuat konfransında Caginyan deyib.

O qeyd edib ki, jurnalistdir və siyasətçi deyil. Süzan Caginyan əlavə edib ki, Sarkisyan rejimi ölkədə bütün başqa cür düşünənləri əzir, mülki və insan hüquqlarını pozur.


Süzan Caginyan bildirib ki, sabah Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək.

"Mən Xocalıda törədilən hərbi cinayəti qınayıram və Ermənistan xalqı adından azərbaycanlılardan üzr istəyirəm", - erməni jurnalist və ictimai xadim deyib.

Caginyan bildirib ki, onun Bakıya gəlişi Serj Sərkisyana sillədir. “Sərkisyan erməni xalqını çürüdür. Sərkisyan prezident deyil, işğalçıdır. O və Köçəryan 2008-ci ildə erməni xalqına qarşı genosid törədiblər”-erməni jurnalist deyib. Caqinyan Ermənistanı geridə qalmış Afrika ölkəsi ilə müqayisə edib.

Jurnalistin bildirdiyinə görə, onu Ermənistanda ölmüş elan ediblər və hətta bu barədə arayış da veriblər. “Mənə, sağ adama ölüm haqda arayış veriblər. Mən bu barədə uzun müddət xəbər tutmamışam, əlimdə keçərli pasportum var. Mən Sərkisyanı tənqid etdim, o isə mənə qarşı təqibərə başladı. Əvvəlcə məni ölü elan etdilər, sonra terrorçuluqda günahlandırdılar. İndi məni necə günahlandıra bilərlər ki, Azərbaycana gəlmişəm? Axı mən ölüyəm”-Caqinyan deyib.

Erməni jurnalist bildirib ki, Ermənistan hakimiyyəti onu xalqın qalan hissəsi kimi ac-susuz qoyub. “Mən haqqin.az-a yazmağa başlayan kimi təzyiqlərin yeni dalğası başladı”-o deyib.

Caginyana görə, Qarabağda sülhə ən böyük maneə Sərkisyandır. Ona görə də Azərbaycan torpaqlarının işğalı haqda sualları ona vermək lazımdır. “Sülhün əldə olunmasını istəməyən biri kimi sual ona ünvanlanlanmalıdır” - Caginyan bildirib.(virtualaz.org)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar