Xəbər lenti
Ermənistan rəsmisi Azərbaycana gələcək

Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Qaynarinfo Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan məlumat verib.
Onun sözlərinə görə, İrəvanı XİN-in Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.
Qeyd edək ki, Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də Bakıda keçiriləcək. 1999-cu ildə yaradılan QDİƏT-n tərkibinə Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna daxildir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar