Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ziyafət Əsgərov: “Çalışırlar ki, Azərbaycanda terror hadisəsi törətsinlər”

Tarix: 11-12-2018 11:53     Baxış: 3201 A- / A+
Ziyafət Əsgərov: “Çalışırlar ki, Azərbaycanda terror hadisəsi törətsinlər”

"Azərbaycanda daxili qoşunlarla, ümumiyyətlə, digər hərbi və təhlükəsizliklə bağlı qanunlara dəyişikliklərlə bağlı, hətta ola bilsin ki, ayrıca qanunun qəbul edilməsi məsələsini müzakirəyə çıxarmağı nəzərdə tuturuq”.

Manevr.az
xəbər verir ki, bunu "report”a müsahibəsində Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

O deyib ki, bütün bu layihələrdə əsas məsələ terrorizmə qarşı mübarizəni daha da gücləndirməkdir: "Burada ümumi bir niyyət var ki, terrorizmə qarşı mübarizədə müvafiq normaları gücləndirək. Bu bir reallıqdır ki, bu gün bütün dünya terrorla təhdid olunur. Ölkəmiz də coğrafi cəhətdən elə yerdə yerləşir ki, bizə qarşı xarici terrorizm təhdid elementləri özünü aydın göstərir. Ölkə daxilində bu məsələ ilə bağlı heç bir narahatlıq yoxdur. Azərbaycanın daxili sabitliyi yüksək səviyyədədir. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr, hazırkı sürətli inkişafımızı istəməyən mərkəzlər var ki, bu təhdidin də arxasında onlar durur. İndi o qüvvələr hər vəchlə çalışırlar ki, Azərbaycanda imkan düşən kimi terror hadisəsi törətsinlər, qarışıqlıq yaratsınlar. Amma onlar unudurlar ki, Azərbaycanın dövlət təhlükəsizliyi çox etibarlı əllərdədir. Biz də qanunverici orqan olaraq çalışırıq ki, lazım gəldikdə hərbi qanunvericilik aktlarında terrorizmə qarşı mübarizə tədbirlərinin hüquqi bazasını daha da gücləndirək”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar