Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan nümayəndə heyəti Gürcüstan Prezidentinin inauqurasiyasında iştirak edəcək

Tarix: 10-12-2018 22:19     Baxış: 3197 A- / A+
Azərbaycan nümayəndə heyəti Gürcüstan Prezidentinin inauqurasiyasında iştirak edəcək

Heyətə daxil olacaq qonaqların səviyyəsi hələ razılaşdırılmayıb.

Gürcüstanın yeni seçilmiş Prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani məlumat verib.

Onun sözlərinə görə, nümayəndə heyətinin iştirakı ilə bağlı təsdiq alınıb, lakin heyətə daxil olacaq qonaqların səviyyəsi hələ razılaşdırılmayıb.

Nazir andiçmə mərasiminə qatılacaq qonaqlar barədə məlumatın gündəlik olaraq yeniləndiyini qeyd edib: “Bugünkü məlumata əsasən, Ermənistan prezidenti, Çexiya Senatının sədri inauqurasiya mərasimində iştirak edəcək. Mərasimdə Rumıniya, Moldova, Türkmənistan parlament sədri və ya nazirlər səviyyəsində təmsil olunacaq. Bu günə olan siyahı tam deyil. Hər dəqiqə, hər gün informasiya daxil olur”.

Xatırladaq ki, S.Zurabişvilinin inauqurasiya mərasimi dekabrın 16-da Telavi şəhərində keçiriləcək./report


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar