Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq Bankın daha bir borcu: 3,3 milyard dollar

Tarix: 08-12-2018 13:40     Baxış: 4339 A- / A+
Beynəlxalq Bankın daha bir borcu: 3,3 milyard dollar


Vəkil Adil İsmayılov Azərbaycan Beynəlxalq Bankının (ABB) 3 milyard 300 milyon dollar xarici borcu ilə bağlı şəkil paylaşıb. Həmin şəkildə ABB-nin borcları haqda müfəssəl məlumat yer alıb. Məlum olur ki, təkcə "Cargill” şirkətinə 715 milyon dollar borcu var.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, Cahangir Hacıyev həbsinin ilk günlərindən məhkəmədən bir neçə şəxslə üzləşdirmə aparılmasını tələb edib. O şəxslərdən biri maliyyə naziri Samir Şərifov idi.

2015-ci ildə o, istintaqa vəsatətlə müraciət edib ki, Samir Şərifovla üzləşdirilməsi təmin olunsun. Sabiq bankir üzləşdirmənin protokollaşdırılmasını və cinayət işinin materiallarına əlavə olunmasını da tələb edirdi. Cahangir Hacıyevin mövqeyi belə idi ki, o, Beynəlxalq Bankdan kreditləri təkbaşına verməyib.

Çoxmilyonluq kreditlərin verilməsinə nəzarət edən qurumların rəhbərləri də bu işlərdə məsuliyyət daşıyır. Məlumdur ki, Mərkəzi Bank ildə bir neçə dəfə ölkədə fəaliyyət göstərən bankları, həmçinin Beynəlxalq Bankı yoxlayıb və bu gün də yoxlayır.

Beynəlxalq Bankın daha bir borcu: 3,3 milyard dollar


Bundan başqa, Beynəlxalq Bankın 51 faizi dövlətə məxsus olub və dövləti bankda Maliyyə Nazirliyi təmsil edib. Cahangir Hacıyev də bu baxımdan Elman Rüstəmov və Samir Şərifovla üzləşmə tələb edir ki, kreditlərin verilməsində özbaşına qərarlar qəbul etmədiyini sübut edə bilsin. Və əgər çoxmilyonluq kreditlərin verilməsində qanunsuzluq olubsa, bu, Mərkəzi Bankın ildə bir neçə dəfə Beynəlxalq Bankda keçirdiyi auditin yekun sənədlərində öz əksini tapmalı idi.

Üstəlik, Beynəlxalq Bankdan verilmiş 8 milyard manatdan artıq kredit 1 günün içində verilməyib. Bu proses - kreditlərin verilməsi - illərlə davam edib və hər il azı 4 dəfə Mərkəzi Bankın auditorları Beynəlxalq Bankda yoxlamalar aparıblar. Necə olub ki, Mərkəzi Bank auditorları illərlə Beynəlxalq Bankdakı qanunsuzluqları üzə çıxara bilməyiblər?

Digər tərəfdən, Maliyyə Nazirliyi rəhbərliyinin, Samir Şərifovun bu illər ərzində Beynəlxalq Bankdakı durumdan xəbərsiz olması inandırıcı görünmür. Dövlət Beynəlxalq Bankdakı 51 faizlik payını Samir Şərifova (Maliyyə Nazirliyinə.red.) həvalə etibar edib və məlum olub ki, nazir həmin payın taleyinə elə də isti münasibət göstərməyib. Niyə? Dövlətin milyardlarının batmasında Samir Şərifovun rolu müəyyən olunmalı deyilmi?

Cahangir Hacıyevin maliyyə naziri ilə üzləşdirmə tələb etməsi, dövlətin maraqlarının təmin olunması baxımından da tam uyğun və əsaslıdır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar