Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Əmr olarsa, Naxçıvan ordusu İrəvanı şumlayar" – Qüdrət Həsənquliyev

Tarix: 07-12-2018 22:49     Baxış: 3315 A- / A+
"Əmr olarsa, Naxçıvan ordusu İrəvanı şumlayar" – Qüdrət Həsənquliyev

“Lazarev klubunda toplaşan Rusiya vətəndaşları öz ölkələrini pula satanlardı. Ağlı başında olan rusiyalılar başa düşür ki, Cənubi Qafqazda Rusiyanın mövqelərinin gücləndirilməsi Azərbaycanla dostluq münasibətlərinin inkişaf etdirilməsindən keçir”.

Manevr.az-ın məlumatına görə, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlərin ən aktual mövzusuna çevrilmiş “Lazarev klubu” adlı Moskvanın oyuncaq qurumunun Naxçıvanla bağlı sərsəm bəyanatlarına münasibət bildirərkən deyib.
Partiya sədri mövzu ilə bağlı moderator.az saytına açıqlamasında bildirib ki, Rusiya Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsinə, suveren hüquqlarının həmin ərazidə bərpasına mane olmamalı, öz forpostunu başa salmalıdır ki, Ermənistanın da inkişafı Azərbaycanla münasibətlərin bərpa olunmasından keçir.
“Naxçıvan məsələsinə gəldikdə isə… onlar bizə mesaj göndərirlər ki, nəinki işğal altındakı torpaqları azad etməyəcəklər, hətta Naxçıvanı istəyirlər. Əvvəla, Naxçıvanın təhlükəsizliyinə Türkiyə dövləti də qarantdır. İkincisi, Azərbaycan Respublikası Prezidentinin birbaşa rəhbərliyi ilə Naxçıvanda güclü ordu formalaşdırılıb və onun başında Azərbacanın ən istedadlı generallarından biri – Kərəm Mustafayev dayanır. Əgər Ali Baş Komandanın əmri olarsa, Naxçıvan Əlahiddə Ümumqoşun hissələri İrəvanı sözün həqiqi mənasında şumlayar”.azpolitika.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar