Xəbər lenti
İnternet provayderləri əhalini aldadır – Ekspertdən açıqlama
Azərbaycanda internetin qiyməti baha, xidmət səviyyəsi isə keyfiyyətsizdir.
Bu barədə bizimyol.info-ya “Elektron Ticarət” İctimai Birliyinin idarə heyətinin üzvü Nicat Manafov bizimyol.info-ya bildirib.
O deyib ki, istehlakçının gəlirləri ilə internetə xərclədiyi vəsaiti qarşılaşdırmaq lazımdır: “Amerikanın internet qiymətləri ilə Azərbaycanın internet qiymətlərini qarşılaşdırmaq qəti düzgün deyil. Çünki Amerikada və Azərbaycanda minimum əmək haqqı, maaşlar fərqlidir. Azərbaycanda internet qiymətləri çox bahadır və çox keyfiyyətsizdir. Demək olar ki, bu sahədə alternetiv şirkətlər çox deyil. Bu sahədə əsas problem xidmət səviyyəsinin keyfiyyətsizliyidir. Çəkidə aldatmaq burada da var. Belə ki yalandan paketlərdə sürəti 10 meqabit olan internet xidməti “satırlar”. Halbuki provayderlərinin özündə həmin həcmdə internet yoxdur”.
N.Manafov deyib ki, istehlakçıların 51 faizi dövlət provayderlərindən xidmət alır: “Bu çox ciddi rəqəmdir. Dünyanın bir neçə ölkəsi istisna olmaqla dövlət provayderi anlayışı qalmayıb. Dövlət provayderi olan ölkələrdə isə bu faiz çox cüzidir.
Azərbaycanda dövlət kurasiyasında olan provayderlər əhaliyə xidmət göstərir. Başqa provayderlər əhaliyə xidmət göstərə bilmir. Qısası bu sahədə də inhisarçılıq var. Alternativ provayderlər olmadığına və kabellərin dövlət provayderlərinə məxsus olduğuna görə başqa internet provayderləri həmin ərazidə xidmət göstərə bilmir. Onu da deyim ki, kabellərin çəkilməsi üçün aparılan qazıntı işləri ilə bağlı özəl provayder şirkətlərinə ciddi maneələr var”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar