Xəbər lenti
İlkin nəticələr H.Clinton-un irəlidə olduğunu göstərir
Manevr.az Azadlıq.org-a istinadən xəbər verir ki, vaxtından əvvəl səs verənlərin çoxu demokratların namizədi Hillary Clintonu seçib.
ABŞ ştatlarından və seçki müşahidəçilərindən gələn xəbərlər vaxtından əvvəl səs verənlərin sayının həmişəkindən çox olduğunu göstərir. «The Associated Press» agentliyinin məlumatında azı 43.2 milyon adamın səsverməyə noyabrın 7-dən qatıldığı, bu rəqəmin tezliklə 50 milyona çatacağı deyilir. Bu isə o deməkdir ki, amerikalı seçicilərin təxminən 40%-i seçkiyə səsvermə başlamamışdan qabaq gedir.
2012-ci ildə 46 milyon seçici, yəni seçicilərin 35%-i erkən səs vermişdi. Erkən seçki 23 ştatda və Kolumbiya dairəsində müşahidə olunub.
Donald Trump-ın Ağ evə keçməkdən ötrü qalib gəlməli olduğu əsas ştatlar--Florida, Nevada və Koloradoda latın amerikalı seçicilər fəallıq nümayiş etdirirlər.
Floridada 6.4 milyon seçki bülleteni, yəni gözlənən bülletenlərin 3/4-ü qutulara artıq salınıb. Bu, ştat üçün rekord rəqəmdir. «The Associated Press» Floridada demokratların 39.9%-lə respublikaçılardan irəlidə olduğunu yazır. Respublikaçıların səslərin hələ ki 38.5%-ni topladığı məlumdur.
Şimali Karolinada seçicilərin 2/3-indən çoxu səsvermədə iştirak edib. Burada demokratlar 42%-lə 32% səs toplamış respublikaçılardan irəlidədirlər.
Clintonun seçki kampaniyasının meneceri Robby Mook deyib ki, erkən seçicilərin sayının artması demokratların seçici bazasının güclü və qərarlı olduğunu göstərir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar