Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
12-05-2024
BÜTÜN XƏBƏRLƏR

Himni oxumamaq məsuliyyətə səbəb olacaq

Tarix: 05-12-2018 18:48     Baxış: 4210 A- / A+
Himni oxumamaq məsuliyyətə səbəb olacaq

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib. Gündəliyə daxil edilən “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında və “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələri barədə məlumat verilib.

Qeyd edilib ki, hər iki sənəd “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya Qanunlarının tətbiqi məqsədi ilə hazırlanıb.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsində Azərbaycan dövlətinin rəmzləri təsbit edilib, 75-ci maddəsində bu rəmzlərə hörmət vətəndaşların əsas vəzifələri kimi müəyyən olunub. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, dövlət rəmzlərimiz haqqında yeni qanunların qəbul edilməsi zərurəti yaranıb.

Qanun layihələri Dövlət Gerbinin istifadəsi qaydalarını, Dövlət Himninin ifa edilməsi, oxunması, dinlənilməsi, istifadəsi hallarını və qaydalarını müəyyən edir. Hər iki qanun layihəsi preambuladan və 9 maddədən ibarətdir.

Layihələrdə Dövlət Gerbi və Dövlət himni haqqında ümumi müddəalar, bu sahədə qanunvericilik, müəyyən edilmiş vəzifələr, Dövlət Gerbinin rəngli qabarıq təsvirinin vurulduğu yerlər, Dövlət Gerbinin rəngli təsvirinin istifadəsi, Dövlət Himninin ifa edildiyi hallar, ifaya, dinlənilməyə və istifadəyə dair tələblər, dövlət rəmzlərimizlə əlaqədar məhdudiyyətlər, bu qanunlarun pozulmasına görə məsuliyyət və yekun müddəalar təsbit edilib./modern.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar