Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Bu, yolverilməzdir, müəllif hüquqlarımı tələb edəcəyəm” – Kitabı plagiat olunan alim

Tarix: 05-12-2018 14:51     Baxış: 3410 A- / A+
“Bu, yolverilməzdir, müəllif  hüquqlarımı tələb edəcəyəm” – Kitabı plagiat olunan alim

“Faktı təsdiq etmək üçün kitabları qarşılaşdıracağam. Dünən dərsdə idim deyə, xəbərə ötəri baxa bildim. Doğrudan da belə hal baş veribsə, müəllif hüquqlarımı tələb edəcəyəm”


Manevr.az
xəbər verir ki, bu sözləri azedu.az-a açıqlaması zamanı filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəlli deyib. O, plagiatlıqla ittiham olunan Sayalı Sadıqovanın kitabını əldə etmədiyini bildirib:

“Kitabları qarşılaşdırma etməmişəm. Amma fakt varsa, deməli ortada nəsə var. Vətəndaş kimi bu fikirdəyəm ki, plagiatlıq çox əcaib, yaramaz işdir. Bunun qabağını almaq üçün xüsusi idarələr var. Bunu heç cür alqışlaya bilmərəm. Bir cümləyə görə də adamın başına oyun açarlar. Bu düzgün deyil”.

Professor plagiatlığı oğurluq adlandırıb:

“Bu, mülkün mənimsənilməsidir. Elə bil, mənim mənzilim var, gəlib məni mənzildən çıxardıb onu özlərinə mülk edirlər.

Faktı təsdiq etmək üçün kitabları qarşılaşdıracağam. Dünən dərsdə idim deyə xəbərə ötəri baxa bildim. Doğurdandan da belə hal baş veribsə, müəllif hüquqlarımı tələb edəcəyəm”.

Xatırladaq ki, dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması ortaya çıxıb. Sözügedən institutun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri” və F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürdükləri barədə xəbərlər yayılıb.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar