Sizin Reklam Burada
Xəbər lenti
03-10-2026
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

Natiq Məmmədov aparat rəhbəri təyin olunacaq

Tarix: 05-12-2018 10:04     Baxış: 4394 A- / A+
Natiq Məmmədov aparat rəhbəri təyin olunacaq


Bu ilin aprelindən baş nazir təyin edilən Novruz Məmmədov Nazirlər Kabinetində kadr islahatlarını davam etdirir. İki gün əvvəl Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyev vəzifəsindən azad edilib.

Manevr.az xəbər verir ki, "Yeni Müsavat”ın yazdığına görə, baş nazirin ötən ay etdiyi təyinatı diqqət çəkib. Belə ki, Nazirlər Kabinetinin işdən çıxarılan Aparat rəhbəri Ağa-Bala Hacıyevə yeni müavin təyin edilib. Bu, Mərkəzi Seçki Komissiyasının sabiq sədr müavini Natiq Məmmədovdur. Natiq Məmmədovun MSK sədrinin müavini kimi yüksək bir postu tərk edərək Nazirlər Kabinetinin Aparat rəhbərinin müavini vəzifəsinə getməsi heç də birmənalı qarşılanmamışdı.

Qəzet yazır ki, hələ o zaman da belə iddia vardı ki, Nazirlər Kabinetinin Aparat rəhbəri olan 77 yaşlı Ağa-Bala Hacıyev tezliklə təqaüdə çıxacaq və onun yerini N.Məmmədov tutacaq. Bəzi iddialara görə, yaxın günlərdə N.Məmmədov NK Aparat rəhbəri təyin ediləcək.

Qeyd edək ki, Aparat rəhbəri baş nazirdən sonra ikinci səlahiyyətli şəxs statusundadır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar