Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Aİİ-də “Tələbə seminarları” layihəsinə start verilib

Tarix: 04-12-2018 20:07     Baxış: 3213 A- / A+
Aİİ-də “Tələbə seminarları” layihəsinə start verilib


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Tələbə seminarları” layihəsinə start verib.

Manevr.az xəbər verir ki, Aİİ istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında elmi seminarların xüsusi rol oynadığını nəzərə alaraq, gənclərin müxtəlif mövzularda mühazirələr oxumasını nəzərdə tutub. Bu seminarlar tələbələrin bilik səviyyələrini, bacarıq imkanlarını nümayiş etdirmələri baxımından əhəmiyyətlidir.

İlk seminar 7 dekabr 2018-ci il tarixdə, saat 14:00-da Aİİ-nin birinci kurs tələbəsi Fərid Qasımzadənin təqdimatında “Həyata tələbə baxışı” mövzusunda təşkil olunacaq.

Qeyd edək ki, Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişafı istiqamətində silsilə tədbirlərini davam etdirir.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu(Aİİ) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar