Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

İmran Qasımov-100 : yazıçının yubileyi münasibətilə məlumat saatı keçirilib -FOTOIAR

Tarix: 03-12-2018 20:55     Baxış: 4249 A- / A+
İmran Qasımov-100 : yazıçının yubileyi münasibətilə məlumat saatı keçirilib

Bu gün Xəzər rayon MKS-in Mərkəzi Kitabxanasında İmran Qasımovun 100 illik yubileyi münasibətilə məlumat saatı keçirildi.

Manevr.az xəbər verir ki, tədbirdə Xəzər rayon MKS-in fəal oxucuları və 149 saylı məktəbin şagirdləri iştirak etdi.

Çıxış edən MKS-in şöbə müdiri A.Nağıyeva çıxışında vurğuladı ki, ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər.
İmran Qasımov həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. Həsən Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən “Uzaq sahillərdə” filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb. İmran Qasımovun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. “Onun böyük ürəyi”, “İnsan məskən salır“ və s. filmləri bu gün də sevilərək baxılır. Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi. İmran Qasımov 63 il ömür yaşayıb. Bu ömürdə zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. O işıqlı şəxsiyyət, görkəmli yazıçı kimi əbədi olaraq mədəniyyət tariximizdə yaşayacaq.
Məlumat saatı zamanı Azərbaycan Televiziyası tərəfindən çəkilən İmran Qasımov haqqında film nümayiş edildi.

İmran Qasımov-100 : yazıçının yubileyi münasibətilə məlumat saatı keçirilib
İmran Qasımov-100 : yazıçının yubileyi münasibətilə məlumat saatı keçirilib
İmran Qasımov-100 : yazıçının yubileyi münasibətilə məlumat saatı keçirilib
İmran Qasımov-100 : yazıçının yubileyi münasibətilə məlumat saatı keçirilib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar