Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

“Adlar və soyadlar haqqında” qanun layihəsi gündəmdən çıxarılıb?

Tarix: 01-12-2018 18:09     Baxış: 3329 A- / A+
“Adlar və soyadlar haqqında” qanun layihəsi gündəmdən çıxarılıb?

"Adlar və soyadlar haqqında" qanun layihəsi komitəmizin gündəmindədir. Bu məsələ gündəmdən çıxarılmayıb. Çünki belə bir qanuna ciddi ehtiyac var.


Manevr.az
bildirir ki, bunu oxu.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

O, bildirib ki, bu məsələ 1990-cı illərdən bu yana artıq neçə illərdir müzakirə və mübahisə mövzudur.

Onun sözlərinə görə, cəmiyyətin böyük əksəriyyəti adlarla və soyadlarla bağlı məsələnin hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı qanunvericilik aktının qəbulu istəyir.

Hələ illər öncə də özünün bu yöndə qanun layihəsi hazırladığını bildirən komitə sədri hesab edir ki, onun bir daha təkmilləşdirilərək, gələcəkdə müzakirələrə təqdim edilməsi mümkün ola bilər.

O qeyd edib ki, bu məsələni Nazirlər Kabinetinin əsasnaməsi, hansısa təlimatı ilə tənzimləmək olmaz:

"Hesab edirəm ki, bu məsələni ancaq qanunla tənzimləmək olar. Bu baxımdan da, adlarla və soyadlarla qanun olmalıdır. Ona görə bu məsələ komitəmizin gündəmindədir, gündəmdən çıxarılmayıb. Nə zaman məqsədəuyğun sayılsa, o zaman da müzakirələrə çıxarılacaq və plenar iclasa tövsiyə ediləcək. Bütün hallarda belə bir qanuna ehtiyac var".

Komitə sədri soyad sonluqları ilə bağlı müxtəlif variantların olduğunu söyləyib və əlavə edib ki, soyadlar şəkilçisiz, həmçinin, "lı,li, lu, lü" və ya "zadə", "soy" formasında da ola bilər:

"Amma bunlar ilkin variantlar, təkliflərdir və onlar müzakirələr zaman tam konkretləşdirilə bilər".



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar