Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni Ombudsman seçkisinin vaxtı açıqlandı

Tarix: 01-12-2018 16:57     Baxış: 3197 A- / A+
Yeni Ombudsman seçkisinin vaxtı açıqlandı

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) postuna yeni namizəd irəli sürüləcək.

Hökumətdəki mənbədən modern.az-a verilən məlumata görə, bu vəzifəyə seçki 2019-cu ilin mart ayında keçiriləcək.

Qeyd edilir ki, uzun müddətdir İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) vəzifəsində çalışan 81 yaşlı Elmira Süleymanova nəhayət təqaüdə yola salınacaq.

Onun yerinə kimin namizəd irəli sürüləcəyi isə hələ müəyyən olunmayıb. Bu namizədin və ya namizədlərin qarşıdakı müddətdə müəyyən olunacağı gözlənilir.

Qeyd edək ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Lakin yeni Ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir. Çünki qanunvericiliklə Ombudsmanın səlahiyyət müddəti bitsə də, yenisi seçilənə qədər işinə davam etməlidir.

"İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə Ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir.

Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni Ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Nəhayət 2 illik gecikmədən sonra bu seçkinin 2019-cu ilin martında keçiriləcəyi gözlənilir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar