Xəbər lenti
Xocalı abidəsini ziyarət etmək istəyən erməni Bakıya buraxılıb

Məşhur erməni hüquq-müdafiəçisi Vahe Avetyanın Bakıya gəlməsi ilə bağlı dünən xəbər vermişdik. Lakin Vahe Avetyanın aeroportdan bu dəfə də buraxılıb-buraxılmadığı bilinmirdi.
Manevr.az qafqazinfo-ya istinadən bildirir ki, Avetyan ikinci cəhdində ölkəyə girişə nail ola bilib. Belə ki, ona bir neçə günlük Bakı şəhərində qonaq olmağa icazə verilib. Hazırda erməni hüquq müdafiəçisi Bakı şəhərindədir və paytaxtın görməli yerləri ilə tanış olur. Onun burada mətbuata çıxacağı da gözlənilir.
Qeyd edək ki, Sarkisyan rejiminin qatı tənqidçisi olan Avetyan daha əvvəl də Bakıya səfərə gəlmiş, lakin aeroportdan buraxılmamışdı. O, eyni zamanda Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunda olduğunu ifadə etmişdi.
Avetyan Xocalı soyqırımına görə Azərbaycandan üzr istəyən ilk ermənilərdəndir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar