Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Məlahət İbrahimqızıdan ombudsman olmaq xəbərinə REAKSİYA: “Qərəzli məlumatdır”

Tarix: 30-11-2018 14:04     Baxış: 3420 A- / A+
Məlahət İbrahimqızıdan ombudsman olmaq xəbərinə REAKSİYA: “Qərəzli məlumatdır”

"Mənim ombudsman olacağımla bağlı yayılan xəbər kökündən yanlışdır. Yəqin, həmin adamların mənimlə qəsdi-qərəzləri var”.


Manevr.az
xəbər verir ki, bunu bakupost-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, bu xəbərin heç bir əsası yoxdur: "Belə mənasız, əsassız, mənbəyi olmayan yazıların yazılmasına görə təəssüf edirəm”.

Qeyd edək ki, 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil seçilən 81 yaşlı Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. Mətbutda onun yerinə Məlahət İbrahimqızının gətiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

"İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir. Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir. Yalnız ombudsmanın yerinə yeni namizəd verilmədikdə o, öz vəzifəsində qala bilir.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar