Xəbər lenti
Əflatun Amaşov İranda türk deputat qrupunun rəhbəri ilə görüşdü – AXC parlamenti haqqında kitabı bağışladı
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə Tehrana səfərə gedib.
Noyabrın 5-dən 9-dək gerçəkləşdiriləcək səfərdən başlıca məqsəd İranın mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisində iştirakdır. Bununla yanaşı səfər proqramına islam respublikasındakı media orqanları və jurnalist təşkilatı nümayəndələri, həmçinin parlament üzvləri və bir sıra rəsmi şəxslərlə görüş də daxildir.
İranın mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisinin açılış mərasimində ölkə prezidenti Həsən Ruhani, həmçinin İranın yüksək səviyyəli rəsmiləri iştirak edib. Sərgidən məqsəd İran media orqanları arasında əlaqəni gücləndirməkdən, beynəlxalq media qurumları ilə qarşılıqlı əməkdaşlıq yaratmaqdan ibarətdir.
Ə.Amaşov Tehrana səfəri çərçivəsində öncə İranın mədəniyyət və islam irşadı nazirinin müavini cənab Hüseyn Entezami ilə görüşüb. Görüşdə İran və Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin hazırkı durumundan söz açılaraq məmnunluq ifadə olunub. Hər iki ölkənin media qurumlarının əməkdaşlığının da bu baxımdan tamamlayacı rol oynayacağı bildirilib. Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. O bildirib ki, Azərbaycan Mətbuat Şurası həm ayrıca təşkilat kimi beynəlxalq media quruluşları ilə birgə təşəbbüslər reallaşdırır, həm də bu və ya digər şəkildə Azərbaycan mediasının xarici media orqanları ilə qarşılıqlı fəaliyyətinin qurulmasına dəstək olur. Şura sədri İrana səfərinin bu baxımdan səmərəli keçəcəyinə əminliyini vurğulayıb.
Ə.Amaşovun növbəti görüşü İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin xarici media ilə iş departamentinin direktoru Muhammed Cəfər Safi ilə olub.
Görüşdə son illərdə Azərbaycan və İran mediası arasındakı münasibətlərdə intensivliyin nəzərə çarpdığı bildirilib. İrandan Azərbaycana, Azərbaycandan İrana qarşılıqlı jurnalist səfərlərinin təşkil olunduğu diqqətə çatdırılıb. Ə.Amaşov rəhbərlik etdiyi qurumun İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi ilə mövcud istiqamətdə yeni layihəyə start verdiyini vurğulayaraq layihə çərçivəsində görüləcək işlərin hər iki ölkənin kütləvi informasiya vasitələrini bir-birinə daha sıx bağlayacağına inamını ifadə edib.
MŞ sədri növbəti görüşünü İranın İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xoddadi ilə keçirib. Görüşdə İran və Azərbaycan mediası arasındakı əməkdaşlığın hazırkı durumu, perspektiv vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, hər iki ölkə jurnalistləri fəaliyyətlərində İran və Azərbaycan xalqlarının adət-ənənə yaxınlığına əsaslanan tarixi bağlılığını qorumağı hədəf seçməlidirlər. Bu baxımdan hazırkı vəziyyətdən məmnunluq ifadə olunub.
Deputat Ə.Amaşov daha bir görüşünü İran Parlamenti sədrinin I müavini, Parlamentin türk fraksiyasının rəhbəri Məsud Pezeşkianla keçirib.
Sərginin «Parlament mediası» guşəsində gerçəkləşmiş görüşdə M.Pezeşkian yeni yaradılmış və tərkibinə 100 deputatın daxil olduğu fraksiyanın perspektiv planlarından söz açıb. Görüşdə həmçinin Azərbaycan və İran parlamentləri arasındakı əlaqələrin hazırkı durumundan məmnunluq ifadə olunub. Ə.Amaşov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətini əks etdirən 2 cildlik kitabı M.Pezeşkiana hədiyyə edib.(strateq.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar