Xəbər lenti
Uzun zamandır gözlədiyi böyrəyi ona həyat yoldaşı BAĞIŞLADI
Poliorqan çatışmazlıqdan əziyyət çəkən və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişiyə həyat yoldaşının böyrəyi köçürülüb.
Manevr.az xəbər verir ki, unikal böyrək transplantasiyası əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, tanınmış cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLAN tərəfindən uğurla icra edilib.
"Biz Rəşad həkimi bu əməliyyatı öz üzərinə götürmək fikrindən daşındırmaq üçün çox çalışdıq. Belə ki, xəstədə böyrək çatışmazlığı ilə yanaşı, kompensasiya formasında qaraciyər çatışmazlığı da müşahidə edilirdi. Eyni zamanda resipiyentin damarları anatomik cəhətdən əməliyyat üçün o qədər də uyğun deyildi. Vəziyyətin bütün çətinliyinə baxmayaraq, Rəşad Şolan bu ağır əməliyyatı öz öhdəsinə götürdü. Nəticə gözləntilərimizi də üstələdi: köçürülmüş böyrək hazırda çox gözəl fəaliyyət göstərir, xəstədə o cümlədən qaraciyər çatışmazlığı geriləyib" - deyə şöbə əməkdaşları transplantasiya ilə bağlı təəssüratlarını bölüşüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar