Xəbər lenti
Salyanda şahin quşunu tutmaq istəyi brakonyerə baha başa gəldi

Ekologiya və Təbii Sərvətlər Nazirliyin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonunda keçirilən reyd zamanı rayonun Kalmas adlanan ərazisində şahin quşunu ovlamağa cəhd edən şəxs saxlanılıb.
Nazirlikdən Manevr.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini Fizuli Məmmədov olduğu müəyyən edilib. Ondan şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 2 göyərçin quşu götürülüb.Faktla bağlı F.Məmmədov barəsində protokol tərtib edilib və ona İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 2000 manat məbləğində cərimə tətbiq olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar