Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Aİİ-yə 10 000 nüsxə elektron kitab hədiyyə edib - FOTOLAR

Tarix: 27-11-2018 22:02     Baxış: 2370 A- / A+
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Aİİ-yə 10 000 nüsxə elektron kitab hədiyyə edib


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi tərəfindən ali təhsil müəssisəsinə 10 000 nüsxə elektron kitabın təqdimetmə mərasimi keçirilib.


Manevr.az xəbər verir ki, Aİİ rektoru i.f.d. Ceyhun Məmmədov qonağı salamlayaraq, ölkələrimiz arasında ikitərəfli münasibətlərin, qarşılıqlı əlaqələrin və etimadın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.
İnstitut rəhbəri Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, qarşılıqlı təcrübə mübadilələrinin həyata keçirilməsinə böyük önəm verdiyini bildirib. Ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayan C.Məmmədov müsəlman ölkələri, o cümlədən ərəb ölkələri ilə əməkdaşlığın müsbət səciyyə daşıdığını qeyd edib.

Rektor Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. C.Məmmədov İnstitutun fəaliyyətində dünyanın müxtəlif ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübəsindən faydalandığını söyləyərək, Misir universitetləri ilə təcrübə mübadiləsi, tələbə və müəllim heyətinin doktorantura və magistratura pillələri üzrə təhsil imkanlarının mümkünlüyünü vurğulayıb.
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Aİİ-yə 10 000 nüsxə elektron kitab hədiyyə edib

Tədbirin vacibliyini və aktuallığını qeyd edən məruzəçi kitabxanaların təhsildə xüsusi rol oynadığını qeyd edib. O bildirib ki, zəngin kitab fondu ilə təmin olunmuş Aİİ güclü təhsilin yeni ünvanıdır. Ali tədris müəssisələrində kitabxanaların xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən rektor tələbələrin kitabxana mədəniyyətinin formalaşmasında Aİİ-nin müxtəlif səpkili tədbirlər həyata keçirdiyini vurğulayıb. Məruzəçi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası tərəfindən atılan bu nəcib və xeyirxah addımı yüksək qiymətləndirdiyini ifadə edib.

Cənab Əhməd Sami Elaydi Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası adından ərəb dilində 10 000 elektron kitab nüsxəsini Aİİ
rektoru C.Məmmədova hədiyyə edərək, İnstitutun kitabxanasının zənginləşdirilməsinə verdiyi töhfədən məmnunluğunu bildirib.

Çıxışına davam edən misirli alim söyləyib ki, hədəfimiz birdir: “Azərbaycan və Misir arasındakı əlaqələrin dərin tarixi kökləri var. Özümü Azərbaycanda bir misirli kimi qürbətdə hiss etmirəm. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin kitabxanası adından təqdim etdiyim bu elektron kitablar arasında müasir ərəb və Misir tarixçilərinin, yazıçılarının kitabları, dini ədəbiyyat, hədis, lüğətlər, ensiklopediya da vardır. Çox istərdim ki, təqdim etdiyimiz ədəbiyyat həm müəllimlərin, həm də tələbələrin istifadəsi üçün faydaslı olsun”.
Tələbələrin də qatıldığı mərasim mövzu ətrafında maraqlı müzakirələrlə davam edib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Aİİ-yə 10 000 nüsxə elektron kitab hədiyyə edib

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Aİİ-yə 10 000 nüsxə elektron kitab hədiyyə edib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar