Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əhaliyə ŞAD XƏBƏR – ARTIRILDI

Tarix: 27-11-2018 14:13     Baxış: 2303 A- / A+
 Əhaliyə ŞAD XƏBƏR – ARTIRILDI



Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi ilə bağlı qanun layihələri Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Manevr.az sonxeber.az-a istinadən məlumatına görə, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən ediləcək.

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilib.

Bundan başqa, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində olacaq.

Hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar