Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çingiz Qənizadə: “Mən də Madriddəki o tədbirdə iştirak etmişdim, amma...”

Tarix: 27-11-2018 05:57     Baxış: 3359 A- / A+
Çingiz Qənizadə: “Mən də Madriddəki o tədbirdə iştirak etmişdim, amma...”

“Millət vəkili öz seçicisinin problemini həll etmək üçün öz cibindən, məvacibindən pul sərf etməməlidir”.


Manevr.az
musavat.com-a istinadən xəbər verir ki, bu sözləri “Yeni Müsavat”ın Facebook üzərindən canlı yayınlanan verilişinə qonaq olan millət vəkili Çingiz Qənizadə deyib.

Onun fikrincə, əgər millət vəkili öz məvacibi ilə seçicinin problemlərini həll edirsə, seçici və millət vəkili arasındakı səmimiyyət və məhhəbbət də müvəqqəti, problem həll olunana qədərdir: “Amma millət vəkili seçicisinin çoxsaylı problemlərini qaldırmalıdır, onun həlli üçün müvafiq qurumlara müraciət etməlidir. Mən rayona gedirəm və kimsə də deyir ki, mənim damıma şifer lazımdır, sən mənə çıxar 500 manat ver. Biz bunu xərcləyiriksə, bu, düzgün deyil. Bu zaman millət vəkili öz seçicisinin səsini əlindən almış olur. Yəni, növbəti dəfə həmin ərazidən namizədliyini verərsə, seçicisinin rəğbətini bu cür qazanmağa çalışırsa, bu, düzgün sayılmaz”.

Ç.Qənizadə hesab edir ki, hər bir fərd problemini özü həll etməlidir. 40 min seçicisi olduğunu deyən müsahibimizin fikrincə, bunların içərisində 400 nəfərin problemi varsa, bu zaman milət vəkili öz əməkhaqqını ancaq onlara xərcləməlidir: “Mən bundan əvvəlki çağırışda da, indi də seçicilərimə deyirdim ki, mən sizin üçün fərdi qaydada iş görən, yol çəkən millət vəkillərindən deyiləm. Amma sizin kəndin, rayonun, lap elə özünüzün nəsə problemi olacaqsa, nazirlərin, komitə sədrlərinin, icra başçılarının qapısını döyməyə hazıram. Sizin haqqınız pozularsa, gecə saat 3-də də olsa, mən sizin hüquqlarınızı qorumağa hazıram. Mən pul xərcləmədən, öz seçildiyim ərazidə, İmişli-Beyləqanda problemləri həll etmirəm? Bu, düzgün yanaşma deyil”.

Müsahibimiz eyni zamanda bildirdi ki, birbaşa onun telefon zəngindən qaçan, seçicilərinin problemlərinin həllində ona yardım etməkdən boyun qaçıran dövlət məmuru olmayıb: “Bəzən hansısa problemi bir yox, bir neçə dəfə qabartmışam, səsləndirmişəm. Amma sonucda bir nəticə əldə edilib. Qanun tələb edir ki, hakimiyyətin bütün qolları bir-birilə sıx əməkdaşlıqda olsunlar”.

Bundan öncəki iclaslardan birində millət vəkillərinin intizam məsələsinə toxunan, onların bəzən iclaslarda iştirak etmədiyini deyən Ç.Qənizadə müsahibə zamanı bu məqama bir daha toxundu.

O, dedi ki, etik davranış qaydası ilə bağlı məsələnin müzakirəsi zamanı bu fikri səsləndirib: “Yeni təklif ortaya çıxmışdı ki, günün ikinci yarısında da qeydiyyata düşməyən millət vəkilləri işdə olmamaq kimi qeydiyyata alınsınlar. Bəzi həmkarlarımız saat 12-dəki iclasa qatılır, bir saat sonra isə ya çay içməyə gedir, ya foyeyə çıxırlar. Günün ikinci yarısında isə ümumən iclasa gəlmədikləri üçün kvorum alınmır. Bunun qarşısını almaq lazımdır”.

Müsahibimiz sonda Madriddə baş verən tədbir və orada BDU-nun sabiq rektoru Abel Məhərrəmovla Şeyxülislam Paşazadə arasında baş verdiyi iddia olunan insident barədə sualı da cavabladı.

Ç.Qənizadə həmin tədbirdə iştirak etsə də, baş verənlər barədə məlumatlı olmadığını dedi: “Mən nümayəndə heyətinin tərkibində Madridə getməmişəm. Mən Avropada idim və tədbir təşkilatçılarının dəvəti ilə noyabrın 4-də o tədbirdə iştirak etmişəm. Noyabrın 5-6-da tədbirdə olub, ayın 7-də Madridi tərk etmişəm. Mən tədbirdə iştirakçı olsam da, baş verən hadisələrin şahidi deyiləm. Mediada yazılan hadisələr gerçəkdən olubsa, mən orda olmadığım dövrdə olub. Görmədiyim bir şey haqda isə danışa bilmərəm. Çünki mən tədbir hissəsində olub, sonra isə İstanbula qayıdaraq orda xəstə yatan dostumun yanında qalmışam. O proseslərdən məlumatım yoxdur”.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar