Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclisdə Ordenlə Qarabağ müzakirəsi...

Tarix: 26-11-2018 22:02     Baxış: 3203 A- / A+
Milli Məclisdə Ordenlə Qarabağ müzakirəsi...

Noyabrın 26-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden ilə görüşüb.


Manevr.az
xəbər verir ki, görüşdə komitə sədri Əli Hüseynli Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yüksək sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Avropa İttifaqı və quruma üzv ölkələrlə əlaqələrə xüsusi önəm verir.

Azərbaycanın Avropa hüquq sisteminin ayrılmaz bir hissəsinə çevrildiyini qeyd edən komitə sədri son illər ölkəmizin qazandığı nailiyyətlər barədə məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Hüseynli qeyd edib ki Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunub. “Lakin təəssüflər olsun ki, bu sənədlər hələ də icra olunmur. Bu məsələyə Avropa İttifaqı və digər beynəlxalq qurumlar səssiz qalmamalıdır”,- deyə komitə sədri vurğulayıb.

Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden səfərinin məqsədlərindən danışaraq deyib: “Azərbaycana ilk səfərim olmasına baxmayaraq, ölkə ilə bağlı kifayət qədər məlumatlıyam. Regionun istər geosiyasi, istərsə də iqtisadi durumundan xəbərdaram. Bu səfər zamanı əsas məqsəd regiondakı vəziyyətlə bağlı daha dolğun məlumat əldə etməkdir”.

Söhbət zamanı terrorizmlə və onun maliyyələşdirilməsi ilə mübarizə məsələləri, ekstremizm, irqçilik, ksenofobiya ilə mübarizə məqsədilə mədəniyyətlərarası və dinlərarası dialoqun vacibliyi, terrorizmi yaradan səbəblərin aradan qaldırılmasının həlli yolları və s. kimi məsələlər barədə də fikir mübadiləsi aparılıb./axar.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar