Xəbər lenti
Bu il Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 2 dəfə artıb
İqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevlə görüşüb.
Manevr.az-a verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın qarşılıqlı hörmət, dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu qeyd edib, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, 2004-cü ildə “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında” Bəyannamə imzalanıb, Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişafı üçün möhkəm hüquq-müqavilə bazası yaradılıb.Hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-dan çox şirkət fəaliyyət göstərir. Azərbaycanın Özbəkistanda, eləcə də Özbəkistanın Azərbaycanda milli sərgiləri təşkil edilib. Bu ilin 9 ayında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 2 dəfə, ölkəmizin Özbəkistana ixracı 3 dəfə artıb.
Nazir Şahin Mustafayev Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradılğını, Dünya Bankının “Doing Business 2019” hesabatında öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşdığını, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edildiyini vurğulayıb, ölkələrimiz arasında sənaye, kənd təsrrüfatı, turizm, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını, Azərbaycanın qeyri-neft məhsullarının Özbəkistana ixracının daha da artırılması üçün böyük potensialı diqqətə çatdırıb.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan iqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.
Görüşdə nəqliyyat-tranzit əlaqlərinin genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun, nəqliyyat dəhlizlərinin, Bakı Beynəlxalq Ticarət Limanından imkanlarından daha geniş istifadə edilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşviqi barədə müzakirələr aparılıb.
Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı qeyd edib, işgüzar görüşlərin, aparılan müzakirələrin, biznes forumların iqtisadi əlaqələrin inkişafında rolunu vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar