Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Qarabağ “hakimiyyətinin” üstünə terrorçuları göndərir

Tarix: 24-11-2018 13:38     Baxış: 3248 A- / A+
Paşinyan Qarabağ “hakimiyyətinin” üstünə terrorçuları göndərir


Ermənistanda “Sasna tsrer” (“Sasun cəngavərləri”) silahlı terror qruplaşmasının üzvləri Azərbaycanın işğal altındakı ərazilərində qondarma rejimin rəhbərini hakimiyyətdən uzaqlaşdırmağa hazırlaşır.

Manevr.az xəbər verir ki, bu barədə “Sasna tsrer” partiyasının seçki qərargahının rəhbəri, “Şuşa” əlahiddə batalyonuna rəhbərlik etmiş keçmiş səhra komandiri Jirayr Səfilyan deyib.

“Sasna tsrer” silahlı qruplaşması Qarabağda 2016-cı ilin aprelində Ermənistan ordusunun aldığı zərbədən sonra Yerevanda yaranmış siyasi böhran kontekstində meydana çıxıb və həmin ilin iyulunda post-patrul polkonunun binasına silahlı hücum edərək ələ keçirib. Bu qruplaşmanın üzvləri uzunmüddətli həbs cəzaları alsalar da Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra onları həbsxanalardan açıb buraxıblar. Qruplaşma eyni adlı siyasi partiyaya çevrildiyini elan edib və dekabrın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərinə qatılıb. Jirayr Səfilyan Yerevanda polis polku binasına hücumda iştirak etməsə də həmin hücumun təşkilatçısı və ilhamvericisi olub.

Paşinyan Qarabağ “hakimiyyətinin” üstünə terrorçuları göndərir


Səfilyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, parlamentə getmələrinin məqsədi keçmiş qüvvələrə-Respublika partiyasına, “Daşnaksütun” İnqilabi Federasiyasına, “Çiçəklənən Ermənistana” və digərlərinə parlamentə daxil olmaq imkanı verməməkdir. “Hesab edirəm ki, bizim iştirakımız səbəbindən həmin qüvvələrin heç biri parlamentə keçməyəcək”-Səfilyan deyib.

Keçmiş səhra komandiri bildirib ki, parlament seçkilərindən dərhal sonra Dağlıq Qarabağda hakimiyyətin dəyişməsi məsələsi ilə məşğul olacaqlar. Çünki bir il sonra Qarabağda hakimiyyətin “seçkilər yolu ilə” dəyişdirilməsini gözləməyə vaxt yoxdur.

“Əgər bir il gözləsək çaxnaşmalar ola bilər. İnsanların daha səbri qalmayıb”-o deyib .

Paşinyan Qarabağ “hakimiyyətinin” üstünə terrorçuları göndərir


Səfilyanın sözlərinə görə, onlar seçkilərdən sonra Qarabağda hakimiyyətin dəyişməsi üçün danışıqlara başlayacaqlar.

Xatırladaq ki, bu günlərdə Nikol Paşinyan Jirayr Səfilyana Ermənistan vətəndaşlığının verilməsi haqda qərar çıxarıb. Səfilyan Robert Köçəryan və ondan sonra hakimiyyətdə olan Serj Sərkisyanla həmişə münaqişədə olduğu üçün Ermənistan pasportu ala bilmirdi. İndi isə Paşinyan ona deputat mandatı da təmin etməyə hazırlaşır və belə görünür ki, “Sasna tsrer” terrorçularının qismində özünə gələcək “müxalifət”, yaxud koalision hökumət üçün müttəfiq formalaşdırır.

Ermənistanda bu ilin yazında baş vermiş məxməri inqilabdan sonra Qarabağda da Bako Saakyan rejiminə qarşı etirazlar başlamışdı. Amma bu etirazlar səngidi və Ermənistan inqilabının Dağlıq Qarabağa transferi təxirə salındı./cebhe.info/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar