Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

İlin sonunda əfv olacağı ilə bağlı xəbərlərə reaksiyalar

Tarix: 24-11-2018 10:23     Baxış: 4255 A- / A+
İlin sonunda əfv olacağı ilə bağlı xəbərlərə reaksiyalar

[b]Əliməmməd Nuriyev: “Əfvin nə zaman verilə biləcəyi ehtimalım daha çox Novruz bayramınadır”; Novella Cəfəroğlu: “Yeni ildə əfv olacağına çox ümid edirəm”
[/b]
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əfv sərəncamının imzalanacağı barədə xəbərlər dolaşmaqdadır. Qarşıdakı bir ayda Əfv Komissiyasının və İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclaslarının intensivləşəcəyi bildirilir.

İlin sonunda əfv olacağı ilə bağlı xəbərlərə reaksiyalar

[b]Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev[/b] bildirib ki, komissiyanın və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları və müdafiə məsələləri şöbəsinin əfv sektoru daimi fəaliyyət göstərir: “Bu qurumlar əfvlə bağlı bütün müraciətləri və sənədləri qəbul etməkdədir. Daxil olan istənilən müraciət Əfv Komissiyasının əsasnaməsinə uyğun olaraq müxtəlif qurumlardan arayışlar alınır. Çünki əfvlə bağlı müraciətlə əlaqədar Penitensiar Xidmət və digər müvafiq qurumlardan rəylər alınmalıdır. Əfv Komissiyasının katibliyi və sektoru bu işləri hər gün həyata keçirir. Bunlar il boyu davam edən proseslərdir. Biz bir qayda olaraq hər ilin sonlarında əfv sərəncamı gözləyən insanlar var. Amma nəzərə alsaq ki, əfv sərəncamı Cümhuriyyətimizin yüz illiyi ərəfəsində imzalanmış və 634 nəfəri əhatə etmişdi.
Ona görə qısa zaman çərçivəsində əfv sərəncamının ola biləcəyi ehtimalını yüksək qiymətləndirmirəm. Amma hər halda bu səlahiyyət cənab prezidentə məxsusdur. Ona görə konkret şəkildə hər hansı bir fikrim yoxdur. Lakin son illərin təcrübəsinə nəzər salsaq, bir qayda olaraq əfv sərəncamları Novruz bayramı ərəfəsində verilib. Ona görə əfvin nə zaman verilə biləcəyi ehtimalım daha çox Novruz bayramınadır, nəinki Yeni ilə. Cənab prezidentin səlahiyyəti olduğu üçün əfv barədə konkret fikir söyləmək mümkün deyil. Əfv Komissiyasının katibliyi daimi fəaliyyət göstərib məlumatlar hazırlayandan sonra komissiyanın sədri Ramiz Mehdiyevə təqdim edir. Komissiyanın iclaslarının zamanını təyin etmək sədrə məxsusdur. Zamanı gələndə bu iclaslar keçirilir. Məlumatların toplanması çox vacibdir. Bu günlərdə Əfv Komissiyasının iclası keçirilməyib. Bir neçə ay bundan əvvəl komissiya çoxsaylı iclaslarını keçirdi. Sonunda da cənab prezident əfv sərəncamı imzaladı”.

İlin sonunda əfv olacağı ilə bağlı xəbərlərə reaksiyalar


İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu ümidli danışdı:[/b] “Bu həftə deyil, gələn həftə işçi qrupunun iclası keçiriləcək. Yenidən əfv məsələsini gündəmə gətirəcəyik. Amma demək olar hər gün işlərimiz çərçivəsində aidiyyəti qurumlarla görüşlərimiz olur və hər görüşdə də bu məsələni gündəmə gətiririk. Hazırda mənim üçün ən vacib olan həbsdə olan Gözəl Bayramlının azadlığa çıxmasıdır. Onun azad olunması üçün bu günə qədər çox çalışmışıq və bundan sonra da bu istiqamətdə işlərimiz davam edəcək. Beynəlxalq təşkilatlar siyasi bir partiya funksioneri olmasına baxmayaraq onun azadlığını çox tələb etmirlər. Çünki o millətçisidir. Vətənini də çox sevir. Necə olur ki, indiyə qədər siyasi motivlə həbs edilən qadınlar olanda beynəlxalq aləm bağıra-bağıra qalmışdı, indi isə susurlar? Bütün siyasi məhbusların azad olunmasını istəyirəm. Amma ilk sırada Gözəl xanımın azad olunması gəlir. Açığı Yeni ildə əfv olacağına çox ümid edirəm. Bu yöndə ümidlərimiz hər zaman var”.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar