Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda nazir və icra başçılarının maaşları - SİYAHI

Tarix: 23-11-2018 19:42     Baxış: 4600 A- / A+
Azərbaycanda nazir və icra başçılarının maaşları - SİYAHI


Xəbər verildiyi kimi, Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) əmək haqqı 200-manatdan arıq artırılıb.

İndiyədək 2-25 manat olan Əmək haqqı 2230 manat yüksəldilib.

Bu arada ölkəmizdə rəhbər vəzifə tutan digər şəxslərin də maaşlarını xatırlamağına dəyər.

Qeyd edək ki, Azərbaycanda dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub.

Sərəncama əsasən, Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə nəzərdə tutulub.

1. Baş nazir - 2460 manat

2. Baş nazirin birinci müavini - 2160 manat

3. Baş nazirin müavini - 2060 manat

4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi,
Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi - 1925 manat

5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi
icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri - 1595 manat

6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti
rəisinin birinci müavini - 1375 manat

7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin,
Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini,
digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini - 1280 manat

8. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi
icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini - 1155 manat


Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğdədir:


Bakı şəhəri - 1925 manat

Gəncə və Sumqayıt şəhərləri - 1280 manat

şəhər, rayon və şəhər rayonu üzrə:


əhalisinin sayı 100 min nəfərdən çox olduqda - 1045 manat

əhalisinin sayı 50-100 min nəfər olduqda - 990 manat

əhalisinin sayı 50 min nəfərədək olduqda - 880 manat
(fed.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar