Xəbər lenti
“İlin sonunadək manatın ucuzlaşacağı...” – Açıqlama
“Artıq xeyli vaxtdır ki, qonşu ölkələrin milli valyutaları ətrafında çox ciddi proseslər gedir. Biz xüsusilə, Rusiya, İran və Türkiyədə bunun baş verdiyini müşahidə edirik. Ancaq bir həqiqət var ki, Azərbaycan manatı bu dönəmdə kifayət qədər dayanıqlıq nümayiş etdirə bildi”.
Manevr.az bildirir ki, bunu teleqraf.com-a açıqlamasında “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib.
O qeyd edib ki, Türkiyədəki proseslər praktiki olaraq siyasi müstəvidə olan proseslərdir:
“Bu problem çözüldü. Bilirsiniz ki, amerikalı rahibin ölkəsinə qaytarılmasından sonra son iki ay ərzində pozulmuş münasibətlər artıq yenidən öz axarına düşməkdədir. Amma İran-ABŞ münasibətlərində gərginlik davam edir. Bu aydan etibarən tətbiq edilən yeni sanksiyalar dalğası İran iqtisadiyyatında vəziyyəti bir qədər də gərginləşdirməyə hesablanıb. Təbii ki, belə olan halda İran valyutasının dəyərdən düşməsi bundan sonra da baş verəcək və bu mümkündür. Eyni vəziyyət praktik olaraq Rusiyada da baş verir. Rusiya valyutası da ucuzlaşır”.
F.Yusifov deyib ki, Azərbaycanın bu ölkələrin hər biri ilə, xüsusilə Rusiya və Türkiyə ilə ciddi ticarət əlaqələri var. Bu ölkələrin milli valyutaları ətrafında baş verən proseslərin manata bu və ya digər formada təsiri təzyiq formasındadır:
“Yəni, təzyiqlər var. Bu təzyiqlər də ondan irəli gəlir ki, biz onlara həm məhsul ixrac edir, həm də idxal edirik. Bu fonda təbii ki, manatın ətrafında müəyyən formada gərginliklər yarana bilib. Ancaq hesab edirəm ki, Azərbaycanın maliyyə dayanıqlığı kifayət qədər yaxşı səviyyədədir və belə olan halda manatın məzənnəsinin dəyişiləcəyi, yəni ucuzlaşacağı gözlənilmir. Neftin dünya bazarında qiyməti 20 dollardan çox aşağı düşüb. Biz neft ölkəsiyik, təbii ki, bu cür davam edərsə, müəyyən problemlər ortaya çıxa bilər. Eyni zamanda qonşu ölkələrin bundan sonrakı dönəmdə milli valyutalarının ucuzlaşması prosesi baş verərsə, o zaman biz də adekvat tədbirlər görmək zorunda qalacağıq. Yəqin ki, manatın məzənnəsində müəyyən yumşalmalara, 2015-ci ildə olan şəkildə deyil, bir qədər planlı və mərhələli şəkildə ucuzlaşmasına gedə bilərik. Bu, sadəcə olaraq proqnozdur. Əgər dediyimiz hadisələr bu axarda davam edərsə, yalnız bu halda manatın məzənnəsi məsələsinin üzərinə qayıtmaq mümkün olar. Ancaq hələ ki, proseslərə kifayət qədər nəzarət edilməsi mümkün olan bir səviyyədədir. Həm Mərkəzi Bank, həm də hökumət bu prosesləri mütəmadi izləyirlər və hesab edirəm ki, ilin sonunadək ciddi dəyişikliyin baş verəcəyi gözlənilən deyil”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar