Xəbər lenti
Məşhur qohumu Hadı Rəcəblini qınadı - “Üzr istəsin və getsin”
"Hadı Rəcəbli indiyə qədər etdiyi ciddi xətalara görə üzr istəyib, üzüsulu istirahətə getsin”.
BakiPost.az xəbər verir ki, bu sözləri Milli ordunun keçmiş briqada komandirinin müavini Üzeyir Cəfərov millət vəkilinin "Qarabağ əlillərinə dərman və nəqliyyat niyə pulsuz olmalıdır?” sözlərinə mnasibət bildirərkən deyib. Hərbi ekspert H.Rəcəblini qeyri-səmimi adlandırıb: "Milli Məclisdə oturan və bəzən "qaş düzəldən yerdə vurub gözü çıxaran" şəxslərə görə çox xəcalət hissi keçirirəm. Onların içərisində isə ən çox utandığım və narahatçılıq hissi keçirdiyim şəxslərdən biri də məhz Hadı Rəcəblidir. Bu şəxsin son dövrlər pedaqoji sahədəki insanlarla, müharibə iştirakçıları, şəhid ailələri ilə bağlı verdiyi əndrabadi açıqlamalara görə isə sadəcə böyük təəssüf və təəccüb hisləri keçirirəm. Onunla eyni rayondan, eyni kənddə doğulub boya başa çatmağımıza, hardasa ana tərəfimdən hətta qohum olmağımıza baxmayaraq, bu adam mənim üçün hər zaman çox qeyri-səmimi, məddah və öz şəxsi maraqları naminə nəyə desəniz getməyə hazır olan bir şəxs olub. Hesab edirəm ki, onun uzun illər partiya-sovet məktəbində çalışması və rəhbər şəxslərin əlinin altında özünü "doğrultması"nın nəticəsidir ki, bu adam uzun illər Milli Məclisə ən vacib komissiya və komitələrdən birinə - sosial siyasət daimi komissiyasına rəhbər kimi təyin edilib. Təəssüflər olsun ki, bu gün də bəzən nə danışdığının fərqində olmur. Özü də, öz qıcıq yaradan bəzi yersiz açıqlamaları, təklifləri ilə cəmiyyətdə dövlətə və hökumətə qarşı çox aqressiv münasibət sərgiləyən atmosfer yaradır . Bu cür gedişlə isə onu tarixin yaddaşında heç də xoş olmayan bir xatırlanma gözləyir”.
Ü.Cəfərov hər kəsin Qarabağ müharibəsi iştirakçılarına qarşı həssas yanaşmalı olduğunu deyib: "Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, hər kəs öz məsuliyyətini dərindən dərk etməli, cəmiyyətin ən həssas təbəqələrindən biri olan Qarabağ müharibəsinin iştirakçıları, şəhid ailələri, əlil olmuş şəxslərlə və digər kateqoriyadan olan insanlarla bağlı son dərəcə ehtiyatlı, məsuliyyətli ifadələrdən istifadə etməlidir. Hələlik isə yaşı kifayət qədər çox olan Hadı Rəcəbliyə bir tövsiyəm olardı ki, onun fikirlərinin konteksdən çıxarılması və ya təhrif olunması ilə bağlı açıqlamalar əvəzinə, özündə cəsarət tapıb, indiyə qədər etdiyi ciddi xətalara görə üzr istəyib üzüsulu istirahətə getsin”.
Hərbi ekspert 74 saylı Lənkəran Seçki Dairəsinin seçicilərinə müraciət də edib: ”Çox xahiş edirəm ki, Hadı Rəcəbliyə artıq "qırmızı xətti" bir neçə dəfə keçdiyini başa salın. Təmsil etdiyi rayonun və elin günahı yoxdur ki, belə bir uğursuz siyasət və elm adamı bu gün öz əndrabadi və qıcıq dolu çıxışları ilə cəmiyyətdə çox böyük narazılıq və hiddət yaradır”.
Xatırladaq ki, Hadı Rəcəbli report.az saytına müsahibə verib. Onun Qarabağ müharibəsi iştirakçılarıyla bağlı səsləndirdiyi fikirlər etiraza səbəb olub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar