Xəbər lenti
Azərbaycanda turizm polisinin yaradılması təklif edilir
Azərbaycan Turizm Assosiasiyası (AzTA) turizm polisinin yaradılmasını təklif edir.
Bu təşəbbüslə çıxış edən AzTA sədri Nahid Bağırov deyib ki, Azərbaycana qonşu olan Türkiyədə, eləcə də bir çox ölkələrdə turizm polisi fəaliyyət göstərir.
N.Bağırov hesab edir ki, turizm polisi turistlərlə bağlı problemləri aradan qaldıra bilər:
"Sosial şəbəkələrdə yazırlar ki, hansısa turist özünü yaxşı aparmır, yaxud hansısa turistin başına bir iş gəlir. Məncə, turizm polisi bunların hamısına nəzarət edə bilər. Hesab edirəm ki, dövlət tərəfindən bir mexanizm tətbiq olunsa, daha yaxşı olar".
Xatırladaq ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 30,5 faizi Rusiya, 21,1 faizi Gürcüstan, 11,1 faizi İran, 10,8 faizi Türkiyə, 3,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi İraq, 2,0 faizi Ukrayna, 18,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev xidmət səviyyəsi turizmin inkişafında ən önəmli faktorlardan biri olduğunu, bu səbəbdən turistlərə göstərilən xidmətlərin səviyyəsinin artırılmasının, turistlərin ölkədən məmnun ayrılmasının turizm sahəsində çalışan hər kəsin marağında olmasının vacibliyini qeyd edib.
O, DTA tərəfindən də bu istiqamətdə addımlar atılacağını söyləyib.
Azərbaycanda turistlər üçün "Qaynar xətt" xidmətinin fəaliyyət göstərməsi də nəzərdə tutulan tədbirlərdən biridir.//Trend.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar