Xəbər lenti
Azərbaycanlı yeniyetmədən yeni ixtira - ekoloji ixtirası BMT-nin diqqət mərkəzindədir - VİDEO
Yol kənarlarında quraşdırılan elektrik dirəkləri həm də havanın təmizləməsifunksiyasını yerinə yetirə bilər. 15 yaşlı azərbaycanlı ixtiraçının bu ekoloji layihəsi BMT-nin də diqqətindədir.
15 yaşlı yeniyetmə yol kənarlarındakı işıq dirəklərinin içərisinə yerləşdiriləcək xüsusi filtrasiya sistemi vasitəsilə atmosferi zərərli maddələr, zəhərli qazlar və toz hissəciklərindən təmizləməyin mümkün olduğunu deyir.
Arif Qəhrəmanlı akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdidir. Hazırda ali məktəbə hazırlaşan Arif həm də ixtirası üzərində çalışır. 15 yaşlı yeniyetmə hesab edire ki,layihəsi tezliklə ekologiya və ətraf mühitə fayda gətirəcək.
Arifin sözlərinə görə, bu mexaniznim köməyi ilə,atmosferdəki zərərverici hissəciklər toplayıcı qabda yerləşdiriləcək. Dirəklərin içərisində quraşdırılacaq motor vasitəsi ilə çirkli hava , təmiz havaya çevrilərək xaric olunacaq.
Arif öz ixtirası barədə BMT-yə, Dünya Bankına sorğu göndərib. BMT -nin Türkiyədə yerləşən regional ofisinin təmiz şəhər, ətraf mühitlayihə rəhbəri Rey Boyl Arif Qəhrəmanlının ideyası ilə yaxından tanış olub və beynəlxalq təşkilat adından bu layihədə maraqlı olduqlarını deyib.
Hazırda gənc ixtiraçı hava təmizləyən dirək üzərində son təkmilləşdirmə işi aparır. O, bu dirəklərin Bakı da daxil olmaqla meqapolislərdə, Çin, Hindistan kimi ekoloji çirkli yerlərdə quraşdırılmasını istəyir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar