Xəbər lenti
Türkiyə həbsxanalarında neçə azərbaycanlı məhbus var? – Rəsmi

Türkiyə Ədliyyə Nazirliyi Türkiyə Böyük Millət Məclisi İnsan Haqlarının Təhlili Komissiyası qarşısında rəsmi təqdimatla çıxış edib.
Nazirlik Türkiyədəki həbsxanalarda olan əcnəbilərin statistikasını açıqlayıb.
Üç milyon 500 min nəfərlə ölkədə yaşayan əcnəbilərə liderlik edən suriyalılar həbsxanalarda olan əcnəbilərin 40 faizini təşkil edirlər.
Rəsmi açıqlamaya görə, Türkiyə həbsxanalarında 171 azərbaycanlı var.
Həbslərin əsas səbəbləri arasında narkotik maddələrin qanunsuz dövriyyəsi, terror və oğurluq ilk üçlükdədir. Adam öldürmə, yaralama, qəsb etmə, yağmalama, cinsi istismarla bağlı cəzalar da bu qəbildəndir.
Qeyd edək ki, Türkiyə həbsxanalarında 120 ölkənin vətəndaşları cəza çəkir. 7 min 897 nəfər əcnəbi məhkumun 3 min 102-si suriyalıdır./virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar