Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Evinə su çəkirdi - 2500 illik qəbir tapdı

Tarix: 20-11-2018 20:05     Baxış: 2280 A- / A+
Evinə su çəkirdi - 2500 illik qəbir tapdı


Qədim arxeoloji qazıntı ocağı sonradan yerli sakinlərə həyətyanı torpaq sahəsi kimi paylanılıb


Qubanın Xucbala kəndində təxminən 2000-2500 il əvvələ gedib çıxan tarixi qədim tapılıb.

Manevr.az istipress-in şimal bürosunun məlumatına görə bildirir ki, qədim qəbir kənd sakini Zaur adlı şəxsin həyət qapısının yanında su çəkilişi məqsədilə qazılmış yerdə aşkar edilib.

Dərhal rayonun hüquq-mühafizə orqanları, onların vasitəsilə Mədəniyyət Nazirliyi və Arxeologiya və Etnoqrafiya İnstitutu məlumatlandırılıb. Qazıntı yerinə Mədəniyyət Nazirliyinin nümayəndəsi Arif Əliyev və Milli EA-nin Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi, arxeoloq-alim Qəhrəman Ağayevin iştirakı ilə baxış keçirilib.

Qazıntı yerinin qədim qəbristanlıq olduğu məlum olub. Arxeoloq-alim Qəhrəman Ağayev İstiPress-in şimal bürosuna bildirib ki, qəbirdən insan skeleti və qırılmış vəziyyətdə olan saxsı məmulatlar çıxıb. Bu arxeoloji məkan ötən əsrin 60-70-ci illərində mərhum arxeoloq Cabbar Xəlilov tərəfindən tədqiq edilib. Bu ərazidəki qədim tapıntıların antik və ilk orta əsrlər dövrlərinə aid olduğu öyrənilib.

O da məlum olub ki, qədim arxeoloji qazıntı ocağı sonradan yerli sakinlərə həyətyanı torpaq sahəsi kimi paylanılıb və yeni tapılan qədim qəbir də sakinin su çəkilişi zamanı aşkar edilib. Ərazi sovet dövründə arxeoloji məkan kimi işlənildiyindən yeni araşdırmalara ehtiyacın olmadığı bildirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar