Xəbər lenti
Azərbaycana gələnlərin sayı xeyli artıb - STATİSTİKA
Azərbaycana gələn bütün xarici vətəndaşların 31%-ni ruslar təşkil edir
Bu ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən Azərbaycana gələn səyahətçilərin sayında böyük artım müşahidə olunub.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, sözügedən regionlar üzrə səyahətçilərin sayı 330 min olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42% çoxdur.
Ölkəyə ən çox qonaq Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən gəlib.
10 ay ərzində Azərbaycana gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yerdə durur. Rusiyalı səyahətçilər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3% artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31%-ni təşkil edir.
Bu dövrün statistikası ilə əlaqədar ən maraqlı fakt Hindistan və Pakistandan gələn səyahətçilərin sayının müvafiq olaraq 183% və 149% artmasıdır.
10 ay ərzində ölkəyə daxil olan səyahətçilərin ümumi artım tempi 6,1% təşkil edib, səyahətçilərin sayı isə 2,277 mln.dan 2,416 mln.a çatıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar