Xəbər lenti
BDU-da işləyən VƏZİFƏLİLƏR – Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı... (SİYAHI)
Xəbər verdiyimiz kimi, noyabr ayının 16-sı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov prezident İlham Əlyevin sərəncamı ilə tutuduğu vəzifədən azad edilib. Sosial şəbəkələrdə və bir sıra Kütləvi İnformasiya vasitələrində A.Məhərrəmovun yerinə təhsil-elm sahəsində uzun illərdir əməyi olan bir sıra vəzifəli şəxslərin təyin olunacağı ilə bağlı müzakirələr aparılır.
Manevr.az bildirir ki, unikal.org sözügedən müzakirələrin aktivliyini nəzərə alaraq Bakı Dövlət Universitetində elmi işlə məşğul olan şəxslərin ad və vəzifələrini araşdırıb. Məlum olub ki, Azərbaycanın sabiq vəzifəli şəxləri, o cümlədən rektor, millət vəkilləri, səfir qızı BDU-da kafedra müdiri vəzifəsində çalışırlar.
Həmin siyahını sizlərə təqdim edirik:
Misir Mərdanov – Azərbaycanının sabiq təhsil naziri olub. Hazırda Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin "Ali riyaziyyat” kafedrasının müdiri vəzifəsində çalışır.
İradə Məmmədova – sabiq təhsil nazirin müavini vəzifəsində çalışıb. Hazırda BDU-nun Qafqaz xalqları tarixi kafedrasının müdiridir.
Qərib Məmmədov — Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri olub. Hazırda BDU-nun Torpaqşünaslıq kafedrasının müdiridir.
Səhər Orucova – hazırda Azərbaycan Respublikasının Qırğızıstandakı fövqəladə və səlahiyyyətli səfiri vəzifəsində çalışan Hidayət Orucovun qızıdır. S.Orucova BDU-Azərbaycan Şifahi Xalq Ədəbiyyatı kafedrasında müdiri vəzifəsini icra edir.
Ədibə Paşayeva - Azərbaycan Respublikasının əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin qızıdır. Ə.Paşayeva hazırda BDU-da kafedra müdiri vəzifəsində çalışır.
Vasim Məmmədəliyev - Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiridir.
Nərgiz Paşayeva - Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti vəzifəsi ilə yanaşı, BDU –nun filologiya fakultəsində kafedra müdiridir.
Ziyafət Əsgərov - Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini vəzifəsi ilə yanaşı, BDU-nun hüquq fakultəsinin konstitusiya hüququ kafedrasının müdiri vəzifəsində çalışır.
Məzahir Pənahov - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsi ilə yanaşı, BDU-nun ümumi fizika kafedrasının müdiri vəzifəsində çalışır.
Nizami Cəfərov – hazırda millət vəkilidir. Bununla yanaşı Bakı Dövlət Universitetində kafedra müdiri vəzifəsini icra edir.
Yaqub Mahmudov – hazırda Milli Məclisin deputatıdır. Y.Mahmudov BDU-nun tarix fakültəsinin qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiridir.
Rəbiyyət Aslanova - Azərbaycan Respublikası Milli Məclisinin (II, III və IV çağırış) deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri vəzifəsini tutub. Hazırda BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri vəzifəsində çalışır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar